Məşhur müğənni səhnədə vəfat etdi - Qəfil ürəyi tutub FOTO

2022-06-01 16:40:00

Məşhur müğənni səhnədə vəfat etdi - Qəfil ürəyi tutub FOTO

KK kimi tanınan hindistanlı bəstəkar-müğənni Krişnakumar Kunnath ürək tutmasından dünyasını dəyişib.

Kəlküttə şəhərində konsert verərkən səhnədə vəziyyəti pisləşən müğənni xəstəxanaya aparılarkən yolda keçinib.

Müxtəlif dillərdə oxuyan ifaçının 53 yaşı var idi. Onun ölümü gözlənilməz olub. İfaçının bir oğlu və bir qızı qalıb.

“Onun mahnıları müxtəlif emosiyaları əks etdirir və bütün yaş qruplarından olan insanların diqqətini çəkirdi. Biz KK-nı həmişə bəstələrinə görə xatırlayacağıq”, - deyə Hindistanın Baş naziri Narendra Modi hadisəyə münasibət bildirib./Qazet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya