Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşübmüş - TIR onları vurdu - FOTO
2025-01-21 00:14:48
.jpg)
Müğənni Bahar Lətifqızı yaxın zamanlarda düşdüyü ağır qəzadan danışıb.
Hurriyyet.az Titul.az-a istinadən xəbər verir ki, xanım sənətçi Gəncəyə gedərkən çox qorxunc bir qəzaya düşdüklərini bildirib.
Bahar avtomobili yol kənarında park vəziyyətində olarkən qəfil bir TIR-ın gəldiyi sürətlə maşınını vurduğunu deyib.
Müğənni xoşbəxtlikdən ciddi xəsarət alan və ölənin olmadığını bildirsə də, avtomobilinə 16 min manat dəyərində ciddi ziyan dəydiyini qeyd edib.
