Saat:22:54
Haqqımızda

Məşhur klubdan "Fənərbağça"nın futbolçusuna 20 milyon avro

2022-11-30 21:16:00

Məşhur klubdan

İngiltərənin "Lester Siti" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Premyer Liqa təmsilçisi qış transfer pəncərəsi zamanı müdafiənin mərkəzinə yeni oyunçu cəlb etməyi planlaşdırır.

"Tülkülər"in əsas transfer hədəfi "Fənərbağça"da çıxış edən Atilla Salaidir. Sözügedən klub 24 yaşlı macarıstanlı mərkəz müdafiəçisi üçün Super Liqa təmsilçisinə 20 milyon avro ödəməyə hazırdır. Tərəflər arasında yaxın zamanda danışıqların başlayacağı gözlənilir.

Qeyd edək ki, "Fənərbağça" Atilla Salaini 2021-ci ilin yanvar ayında Kiprin "Apollon" klubundan transfer edib. \\Offsideplus.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR