Məşhur iş adamının qəzaya düşərək öldüyü avtomobil – ANBAAN VİDEO

2022-05-09 21:58:00

Məşhur iş adamının qəzaya düşərək öldüyü avtomobil – ANBAAN VİDEO

Ötən gün Afrikada yerləşən Mali Respublikasında azərbaycanlı iş adamı Məmmədpaşa Axundov yol qəzasında vəfat edib.

Qızıl mədənçiliyi ilə məşğul olan “Arifoglu Gold” MMC-nin rəhbərinin nəşi qısa müddətdə ölkəyə gətirilməsi mümkün olmadığından o, Malidə dəfn edilib.

Yaxınlarının bildirdiyinə görə, M.Axundov daha əvvəl Almaniyada yaşayıb və sonradan Mavritaniya Respublikasında qızılçıxarma şirkəti qurub. Onunla birgə bir neçə azərbaycanlı da orada şirkətin idarə edilməsində iştirak edib. Onlar baş vermiş qəzada şübhəli məqamların olduğunu qeyd ediblər.

Qeyd edək ki, əslən Quba rayonundan olan Məmmədpaşa Axundov həm də xeyriyyəçi kimi tanınıb. Onun rəhbərliyi altında Afrika ölkələrində 40 su quyusu, xəstəxana, məscid və məktəblər tikilərək istifadəyə verilib. İş adamının sürücüsü ilə birgə qəzaya düşdüyü “Toyota” markalı avtomobilin hadisə yerində çəkilmiş görüntülərini təqdim edirik:

 

 

Qafqazinfo


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya