Saat:15:26
Haqqımızda

Məşhur gecə klublarına görə İKİ POLİS RƏİSİ İŞDƏN ÇIXARILDI

2021-08-03 19:41:00

Məşhur gecə klublarına görə İKİ POLİS RƏİSİ İŞDƏN ÇIXARILDI

Bakıda gecə klublarında karantin rejiminin pozulması faktı ilə bağlı iki polis rəisi işdən çıxarılıb.

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Nərimanov rayon Polis İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən polis polkovnik-leytenantı Fərid Vəliyev tutduğu vəzifədən azad edilib.

Nazirin digər əmri ilə Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin rəisi, polis polkovniki İltimas Yusifli də tutduğu vəzifədən kənarlaşdırılıb.

Saytın əldə etdiyi məlumata görə, adıçəkilən rəislər rayon ərazisində fəaliyyət göstərən "İnfiniti" və "Extra" gecə klublarında epidemiya əleyhinə və karantin rejiminin pozulması hallarına göz yumduqları üçün işdən çıxarılıblar.

DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev faktı təsdiqləyib. \\Lent.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR