Saat:04:58
Haqqımızda

Məşhur fermer icra hakimiyyətini məhkəməyə verdi

2024-02-26 23:52:38

Məşhur fermer icra hakimiyyətini məhkəməyə verdi

Daşkəsən Rayon İcra Hakimiyyəti məhkəməyə verilib. 

İddiaçı fermer Rzayev Akif Nağı oğludur. 

Onun iddiasına Gəncə Kommersiya Məhkəməsində baxılacaq. 

Məhkəmə çəkişməsinin səbəbi icarə müqaviləsi üzrə mübahisələrdən ibarətdir. 

İş hakim Ramiq Qələndərzadənin icraatındadır. 

Akif Rzayev qoyunçuluqla məşğuldur. Bir müddət əvvəl onunla Daşkəsən Rayon İcra Hakimiyyəti arasında problem yaranmışdı. Həmin vaxt rayonun icra başçısı Əhəd Abıyev idi. 

Akif Rzayev Əhəd Abıyevi icarəsində olan torpaqları qanunsuz olaraq başqalarına satmaqda ittiham edirdi.  \\Valyuta.az

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.226318