Saat:20:38
Haqqımızda

Məşhur blogerimiz Dubayda pis vəziyyətdə qaldı - FOTO

2024-04-17 23:19:05

Məşhur blogerimiz Dubayda pis vəziyyətdə qaldı - FOTO

Sosial şəbəkələrdə geniş izləyici kütləsi olan bloger Afət Quluzadə Dubayda baş verən daşqınlar səbəbindən çətin vəziyyətdə qalıb.

O bu gün Dubaydan Bakıya qayıtmaq istəsə də, daşqınlar səbəbindən təyyarə reysləri təxirə salınıb.

Quluzadə sosial şəbəkədə paylaşım edərək bildirib ki, şəhərdə bütün hotellər doludur və qalmağa yer tapa bilmir.

"Bütün hotellərdə işıqlar sönüb. Bəzi hotellərin qeydiyyat şöbəsi su altında qalıb. Bu səbəbdən də qalmaq üçün yer tapa bilmirik", - deyə o bildirib.

Bir müddət sonra yer tapmağa müvəffəq olub. Lakin hotelin bir çox otaqlarının döşəməsi yağış suları ilə əhatə olunub.

 

 

Ölkə.Az 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.208846