Məşhur beşəm ailəsi məhv oldu, yalnız o sağ qaldı - FOTOLAR
2023-02-09 20:59:00

Türkiyədə baş verən dağıdıcı zəlzələlərdə daha bir ailə həlak olub. 6 uşaqları olan Hüseyn Huyluoğlu və həyat yoldaşı Merve Huyluoğlu 5 övladları ilə birlikdə Hataydakı dağıntılar altında qalıblar.
Hurriyyet.Az xəbər verir ki, ailədən geriyə sadəcə beşəmlərdən biri, Məhəmməd adlı körpə qalıb.
Belə ki, 2020-ci ildə koronavirus epidemiyası səbəbilə beşəmləri ilə Səudiyyə Ərəbistanında təcrid olan Huyluoğlu ailəsi Türkiyəyə gətirilmişdi. Lakin onlar qorxunc epidemiyadan qurtulmağa çalışarkən 3 il sonra övladları ilə birlikdə dağıntılar altında qalıblar.
Mənbə: Qafqazinfo.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya