Saat:14:14
Haqqımızda

Məşhur azərbaycanlı miyarder ölüm hökmündən yaxasını qurtardı - Cəzası dəyişdirildi

2024-05-02 15:05:45

Məşhur azərbaycanlı miyarder ölüm hökmündən yaxasını qurtardı - Cəzası dəyişdirildi

10 ildən artıqdır edam cəzası ilə mühakimə olunan məşhur azərbaycanlı milyarder Babək Zəncaninin cəzası 20 il həbslə əvəz edilib.

Hurriyyet.az xəbər verir ki, 48 yaşlı iş adamının adə əfv sərəncamına daxil edilib bə İranın Ali dini lideri Ayətullah Əli Xamenei sözügedən sərəncamı təsdiqləyib.

Məlumata görə, bu amnistiya qərarı Zəncaninin ədliyyə orqanları ilə əməkdaşlığa razılıq verməsindən sonra verilib.

Qeyd edək ki, İranın ən zəngin iş adamlarından biri olan Zəncani 2013-cü ildə o vaxtkı Prezident Həsən Ruhani tərəfindən milyardlarla dollarlıq neft gəlirlərini şirkətləri vasitəsilə gizlətməkdə ittiham edilərək həbs edilib. Zəncaninin təxminən 13,5 milyard dollar sərvətinin və 60-dan çox şirkətinin olduğu bildirilir.

2013-cü ilin dekabr ayında həbs olunan milyarder uzun məhkəmə prosesindən sonra edam cəzasına məhkum edilmişdi.

Azpolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.228237