Məşhur aşıq dünyasını dəyişdi

2023-09-13 22:34:27

Məşhur aşıq dünyasını dəyişdi

Şirvan Aşıq Məktəbinin tanınmış simalarından olan Aşıq Abbas Musaxanoğlu dünyasını dəyişib.

Hurriyyet.Az xəbər verir ki, bu barədə Kult.az-a onun ailəsindən məlumat verilib.
Bildirilib ki, Aşıq Abbasın nəşi sabah doğma kəndində - Şıxzərli qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Abbas Musaxan oğlu Güləliyev 1954-cü ildə Şamaxı rayonunun Şıxzərli kəndində doğulub. Atası Musaxan dövrünün məşhur balaban ifaçılarından olub.

Aşıq Abbas Moskva, Sankt-Peterburq və Orta Asiyada keçirilən festivallarda iştirak edib, diplom və fəxri fərmanlara layiq görülüb. 1989-cu ildə Qazaxıstanda, eləcə də Dağıstan xalqlarının Gəncədə keçirilən gənc ozanlarının müsabiqəsinin qaliblərindən olub. Şeirləri qəzet, jurnal və toplularda işıq üzü görüb.

2019-cu ildə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdü.

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.136422