Məşhur aparıcı qadınlara xəyanətinin səbəbini açıqladı

2022-09-06 21:53:00

Məşhur aparıcı qadınlara xəyanətinin səbəbini açıqladı

Türkiyənin məşhur şoumeni Mehmet Ali Erbil “Sabah” qəzetinə  verdiyi maraqlı müsahibə ilə gündəmə gəlib. 

Uzun illərdir xəstələndiyi üçün əlil arabasına möhtac olan, efirlərə çıxa bilməyən şoumen "Tik-Tok" vasitəsilə izləyiciləri ilə ünsiyyət saxlamağa başlayıb.

O, gah sualları cavablandırır, gah da keçmişindən maraqlı hekayələr paylaşır.

Mehmet Ali Erbil 6 dəfə evlənib-boşanmasında, sevdiyi qadınlara xəyanət etməsində anasını günahlandırıb:

“Hər zaman sevgi əskikliyim olub, xüsusən anamdan sevgi görməmişəm, buna görə sevgini qazanmağa çalışmışam, sevgi ehtiyatı yığmaq istəyi ilə hərəkət etmişəm. Elə buna görə aldatmışam. Bunun fərqinə çox sonralar vardım, özümü anladım”. 

 O, artıq anasını bağışladığını və onu gözündən əməliyyat etdirəcəyini də qeyd edib.\\Gundem.az 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.097916