Məşhur aparıcı polisə dəvət olundu – VİDEO -YENİLƏNİB

2022-07-21 21:21:00

Məşhur aparıcı polisə dəvət olundu – VİDEO -YENİLƏNİB

“Aparıcı İlkin Həsəninin müraciəti artıq qeydə alınıb”.

Bu barədə DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib.

“İlkin Həsəni Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunub. Onun müraciəti yerindəcə dinləniləcək və araşdırma aparılacaq. Araşdırmanın nəticəsi barədə daha ətraflı məlumat veriləcək”. \\Redaktor

***

Məşhur aparıcı İlkin Həsəni Daxili İşlər Nazirliyinə videomüraciət edib. 

Aparıcı bu barədə öz sosial şəbəkə səhifəsində paylaşım edib.

O bildirib ki, may ayında ailə üzvlərindən biri küçədə tanımadığı qadın tərəfindən təhqir edilib. 

“Həmin gün biz “102” xidmətinə müraciət etdik, amma hadisənin üstündən 50 gün keçməsinə baxmayaraq, heç bir xəbər yoxdur”, - deyə aparıcı qeyd edib.

Müraciəti təqdim edirik:

 

 

Redaktor.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.058276