Məşhur aktyor: "Qardaşım gözümün önündə diri-diri yandı, xilas edə bilmədim" - VİDEO

2022-07-25 22:32:00

Məşhur aktyor:

“Haber bəhanə" verilişinin qonağı olan aktyor İlyas Salman adının acı hekayəsini danışıb.

Ustad aktyor ailəsi haqqında açıqlamalar verib.

O bildirib ki, əslində 11 uşaq olublar, qardaş və bacıları az yaşlarında xəstəliklərdən vəfat ediblər:

"Onlar yaşasaydı, 11 uşaq olardıq. 7-si körpə olarkən yoxsulluqdan öldülər. Vərəm, aclıq, boğaz ağrısı, göy öskürək, soyuqdəymə... Xilas edə bilmədik. Ən böyükləri mən olduğuma görə, hamısının ölümünü gözlərimlə gördüm. Bu travmanı izah etməyə heç bir dil yetməz. Biz indi 3 qardaşıq. Birini 3 il əvvəl itirdik. Uşaqlığım ağrılı keçib. 3 yaşım olanda özümdən bir yaş balaca qardaşım gözümün önündə yanıb".

Aktyor qeyd edib ki, qardaşını xilas edə bilməyib və bu, onda dərin yara açıb: 

"Malatyada bir kənddə yaşayırdıq. Anam qardaşımla mən üşüməyək deyə qalay sobasının üstünə bir qazan su qoyub içinə kartof atdı. Hamı su gətirməyə getdi. Bizdə oğlan uşaqlarına da fistan geyindirirdilər. Qardaşım sobaya yaxınlaşdı, paltarının ətəyi alovlandı. Hər şey bir anda gözümün qarşısında oldu.Üstünə nəsə atıb söndürmək ağlıma gəlmədi. "Qardaşım İlyas yanır" deyə-deyə divarları yumruqladım. Anam özünü yetirəndə can üstə idi. Qəsəbə yolunda can verdi. Əslində mənim adım Sadıq idi. O öləndən sonra mənə onun adını verdilər. 15 yaşım olanda 7 bacı-qardaşımı itirmişdim. Ağrı-acı içində dünyadan köçüb getmişdilər. İndi də hər 15-20 gündən bir yuxuda yanğın görürəm. Həmişə kimsə yanır, amma mən söndürə bilmirəm. O faciəni izah edə bilmirəm".

 

 

Vəsilə İbrahim,

Sfera.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.088413