Məşhur aktyor Burak Özçiviti "topa tutdu": "Qulağımdakı qıl qədər dəyəri yoxdur!"

2022-09-21 22:40:00

Məşhur aktyor Burak Özçiviti

Türkiyənin ustad aktyorlarından Serdar Gökhan 14-cü Beynəlxalq Daşkənd Film Festivalında Burak Özçivitin ona hörmətsizlik etdiyini əsas gətirərək həmkarını çox ağır sözlərlə təhqir edib.

Bu il festivalda türk kinosu üçün xüsusi gecə təşkil edilib. Gecəyə Burak Özçivit, Serdar Gökhan, Nurgül Yeşilçay və Azra Akın kimi məşhurlar qatılıb. Burak Özçivit və Nurgül Yeşilçayın mərasimə qatılan digər türk aktyorlarla səhnəyə çıxmaq istəmədiyi iddia edilib.

Serdar Gökhan həmin anların şahidi olub və baş verənlər barədə bunları deyib:

"Kulisdən "Gəlməyəcəm, səhnəyə çıxmayacam” qışqırtılarını eşitdim. Onu qısqandığımı zənn edir, qulağımdakı qıl qədər dəyəri yoxdur. Qaşları çatmaqla aktyor olmurlar. O, əvvəlcə aktyorluğu öyrənsin".

 

Məşhur aktyor Burak Özçiviti "topa tutdu": "Qulağımdakı qıl qədər dəyəri yoxdur!"
Məşhur aktyor Burak Özçiviti "topa tutdu": "Qulağımdakı qıl qədər dəyəri yoxdur!"

 

Aysel

Baku Post


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.057990