Məşhur aktrisadan dövlət komissiyasına kəskin etiraz: - "Kəndçi danışığı..."

2022-05-28 12:05:00

Məşhur aktrisadan dövlət komissiyasına kəskin etiraz: -

"Sözlərin tələffüzünü dəyişirlər, bizdən "kəndçi" danışığı tələb edirlər".

Hurriyyet.az xəbər verir ki, bu sözləri Cebhe.info-ya Dövlət Dil Komissiyasının dublyaj edilmiş filmlərdə apardığı monitorinqlərə münasibət bildirən Əməkdar artist, dublyaj aktrisası Nəcibə Hüseynova deyib.

Əməkdar artist aparılan monitorinq nəticəsində aşkarlanan səhvlərlə razılaşmadığını bildirib:

"Hamımız Azərbaycan dilini öyrənib gəlib bu günə çatmışıq. Bu günkülərin beyninə nə veribsə, deyirlər, bu sözü elə yox, belə tələffüz edin. Niyə? Nə qane eləmirdi sizi?

Sözlərin tələffüzünü dəyişirlər, bizdən, üzr istəyirəm, "kəndçi" kimi danışıq tələb edirlər".

Həmin tədbirdə iştirak etmədiyini deyən aktrisa dublyajda vaxtın önəmli olduğunu qeyd edib:

"Çox istərdim həmin şəxslər bizim studiyaya gəlsinlər. Onlara əyani olaraq studiyada iş üslubumuzu göstərək. Onlar da bizdən nə istədiklərini göstərsinlər görək hansımız düzük.

Mən komissiya bəyənmir deyə niyə uzun-uzun cümlələr deməliyəm?! Bu, səhv deyil. Bunu bilmədən danışmaq çox asandır. O işə varmaq, sonra səhv axtarmaq lazımdır. Heç bir səhv yoxdur.

İllərdə bu sahədə çalışıram. Gül kimi gözəl bədii dilimiz vardı. İndi onu dəyişdirməyə çalışırlar. Məgər biz moltanı dilində (qəliz, anlaşılmaz olan dil) danışırıq? Məgər dilimiz pisdir? Çox gözəl ahəngdar dilimiz var. İndi başqa şey tələb edirlər. Bilmirəm niyə?"

Qeyd edək ki, bu yaxınlarda Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi dövlət büdcəsi ilə maliyyələşən televiziya kanallarında yayımlanan dublyaj filmlərində monitorinq aparıb. Monitorinq zamanı filmlərdə çoxlu orfoepik, leksik, qrammatik norma pozuntularına, eyni zamanda, yanlış ifadələrə, tərcümə zamanı yol verilən üslubi xətalara rast gəlinib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya