Saat:05:01
Haqqımızda

Meşəni qırıb, iz itirmək üçün yandırırlar - Ekoloq

2022-08-20 13:19:00

Meşəni qırıb, iz itirmək üçün yandırırlar - Ekoloq

Hava nə qədər isti olsa da, meşə heç vaxt öz-özündən yanmaz. Meşəni yandırırlar!

Hurriyyet.az xəbər verir ki, bu sözləri Axar.az-a ekoloq Telman Zeynalov son günlərdə regionlarımızda baş verən meşə yanğınları haqda danışarkən deyib.

O bildirib ki, bəzi iş adamları ağacları satmaq məqsədi ilə kəsir:

“Mebel hazırlamaq və ya satmaq məqsədi ilə meşədə ağacları kəsirlər. Daha sonra törətdikləri əməlləri ört-basdır etmək üçün bu yollara əl atırlar. Axırda ad olur ki, “meşə yandı”.

İlk növbədə quraqlığın qarşısını almaq üçün meşə salınmalıdır. Bizimkilər isə əksinə edir! Meşəni məhv edirlər! Daha düşünmürlər ki, meşə külək, nəmişlik, yağış yaradır”, - ekoloq deyib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR