Saat:19:02
Haqqımızda

"MEŞƏ QULDURU" İLQAR QƏRİBOV DƏSTƏSİLƏ ƏHVƏ DÜŞMƏSİ ÜÇÜN 1000000 manat MÜKAFAT VƏD EDİB

2024-04-29 09:15:29

VƏ YAXUD, ƏHV ETMƏ KOMİSSİYASI "Meşə qulduru"nun 100000 manatlıq mükafat vədinə necə baxacaq?

Bir daha xatırladaq ki, Baş Prokurorluğun və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 2020-ci ilin martın 14-də başda Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru olmaqla bir qrup işçisinin həbs olunması geniş ictimaiyyət arasında böyük rezonans doğurmuşdu. Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin tabeliyindəki meşələrin kütləvi şəkildə qırılması faktı ilə başlanılmış cinayət işinin istintaqı başa çatdıqdan sonra təqsirləndirilənlər Şəki Ağır Cinayətlər Məhkəməsi tərəfindən 2021-ci ilin avqustun 30-da gecə saat 22-00 radələrində geniş ictimaiyyətə açıqlanmadan məhkəmə zalından azadlığa buraxılmışdı.


 
İlqar Qəribov xidməti otağında aldığı rüşvətlər masanın üsütündə ( Hadisə yerində ifşa olunarkən)

Yada slaq ki,  14 mart 2020-ci ildə həbs olunmuş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İlqar Qəribov və onun rəhbərlik etdiyi mütəşəkkil dəstə üzvlərinin, mərkəzin baş mühasibi Sirac Kərimov, baş meşəbəyi İlqar Cəlalov, həmçinin idarənin məsul əməkdaşları Eyvaz Əliyev və Bakıxan Seyidəliyevin törətdikləri cinayət işləri üzrə Cinayət Məcəlləsinin 259.3-cü (qanunsuz ağac kəsmə), 308-ci (vəzifə səlahiyyətlərini aşma), 314-cü ( səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməs) və 311.3.3-cü (rüşvət alma, külli miqdarda törədildikdə) maddələri üzrə təqsirli bilinmişlər.

 
İlqar Qəribov və dəstəsini cinayət məsuliyyətindən azad etmiş HAKİMLƏRİMİZ. 


Qeyd edək ki, son dövrlər CM-nin yuxarıda göstərdiyimiz maddələri ilə həbs olunmuş dövlət məmurları çox olublar. Bəli, dövlət məmurlarının hamısı Cinayət Məcəlləsinin demək olar, eyni maddələri ilə ittiham olunsalar da,  yəni hamısı vəzifə səlahiyyətlərini aşaraq külli miqdarda dövlət vəsaitlərini mənimsəsələr də bunlardan yalnız İlqar Qəribov və dəstəsi azdlığa çıxa bilmişdir. Yəni bu da Azərbaycan məhkəmə tarixində ilk hadisə olmuşdur.


İlqar Qəribov xidməti otağında rüşvət alarkən ( Gizli kamera görümtgüsü)

Şəki Apellyasiya Məhkəməsinə protes vermiş dövlət ittihamçısı yenə pis vəziyyətə düşdü. 2021-ci ilin noyabrın 3-də yekunlaşan tezbazar prosesə sədrlik edən hakim Eyvazov Akif də heç bir ciddi araşdırma aparmadan dərhal hökumü qüvvəsində saxlamışdır. Yenə də dövlət ittihamçısı Ali Məhkəməyə protest vermişdir. 2022-ci ildə Ali Məhkəmədə baş tutan məhkəmə çəkişməsində protest qismən təmin edilmiş və yenidən baxılması üçün Şəki Apellyasiya məhkəməsinə göndərilmişdir.
İş hazırda Şəki Apellyasiya Məhkəməsinə 2022-ci ilin noyabrından sədrlik edən hakim Mahir Əsədlinin icraatında olmuşdur və CM-nin 308-314 və 311.1-ci maddələri üzrə dekabrın 15-dən başlanan məhkəmə iclaslarında bu günə qədər 5 dəfə araşdırmalar aparılmışdır. Növbəti məhkəmə prosesi 2023-cü ilin   may 11-də gözlənilməz nəticə ilə yekunlaşmışdır. 

Xüsusilə qeyd etmək istəyirik ki, hakim Rafail Əliyevin, hakim Akif Eyvazovun bu cinayətkar dəstəni birbaşa məhkəmə zalından azadlığa buraxması Baş Prokurorluğun və DİN-in ictimaiyyətə iki il əvvəl yaydığı məlumatların bir şou xarakteri daşıdığını düşünməyə əsas vermirmi? Burada ya Baş prokurorluqla DİN-nin  keçirilmiş əməliyyatın həqiqətə uygun olduğunu sübut etməli, ya da Ədliyyə Nazirliyi və Məhkəmə Hüquq Şurası Rafail Əliyevin,  Akif Eyvazovun hakimlik fəaliyyətinə xitam verilməsi üçün təcili və təxirəsalınmaz tədbirlər görməlidir.Amma məhkəməni məzhəkəyə çevirən bu hakimlər barəsində hələlik nədənsə heç bir ciddi tədbirlər görülmür.


 İlqar Qəribovun azadlığı üçün lazım olan bütün saxta sənədlərin hazırlanmasına göstəriş verən sabiq nazir müavini, indiki Samux rayon İcra Hakimiyyətinin başçısı olan  Firdövsi Əliyev


Eyni zamanda xatırladaq ki, “meşə quldurları” kimi tanınan İlqar Qəribov, Sirac Kərimov, Eyvaz Əliyev, İlqar Cəlalov və Bakıxan Seyidəliyev həm də bəraət almaq üçün yenidən məhkəmə iddiası qaldırmışlar və Məhkəmə prosesi parallel olaraq davam etmiş, laki n   gözlənilənlərin əksinə olaraq “meşə quldurları”nın həbsdə qalması barədə hökm elan edilmişdir.

 
İlqar Qəribov dəstəsini azadlığa buraxmış iştahı zəif olan hakim Rəfail Əliyev

 Budur, neçə müddətdir arzuları və xəyalları reallığa çevrilməyən İlqar Qəribov bu dəfə dəstəsilə birlikdə azadlığa qovuşmaq üçün 2024-cü ilin mayın 28-də gözlənilən əhvə düşmək üçün planlar qurmaqdadır. Adının çəkilməsini istəməyən etibarlı  mənbənin verdiyi məlumata görə “Akula İlqar” kimi tanınan İlqar Qəribov yaxın günlərdə gözlənilən əhv siyahısına düşmək üçün ona və dəstəsinə  yardım edə biləcək nüfuz sahibinə indi də 1000000 manatr mükafat verəcəyini vəd etmişdir. Son məlumata görə belə bir nüfuz sahibi tapılıb və İ.Qəribov dəstəsilə danışıqlar aparır, Qəbələ rayonuna gələrək  sənədləşmə işlərini icra etməkdədir. Hə, indi son söz cənab Prezident İlham Əliyevindir. Görəsən cənab Prezident Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 4 ağır  308-314 və 311.1-ci maddələri üzrə məhkum edilmiş İ.Qəribov və dəstəsinin əhv olunmasını təsdiq edəcəkdirmi?  Bunu zaman göstərəcəkdir.

İfadetv.com-un araşdırma qrupu

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.298012