Saat:01:40
Haqqımızda

"Məscidə edilən hücum tolerantlığa vurulan zərbədir"

2023-08-26 22:37:10

Məscidə edilən hücum tolerantlığa vurulan zərbədir.

Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar Yunan Kiprində məscidə edilən hücumu pisləyib.

"Hücum dünya üzrə 2 milyarddan çox insanın inanclarına və müqəddəs dəyərlərinə qarşı yönləndirilib. Bunu demokratiya və fikir azadlığı ilə izah etmək mümkün deyil. Hücumu təşkil edənlər cəzalandırılmalıdır" - deyə Tatar qeyd edib.

Xatırladaq ki, bu gün Yunan Kiprində yerləşən məscidə molotof kokteyli ilə hücum edilib.

Polis hücumla bağlı araşdırma apardığını bildirib. \\Milli.Az