Saat:04:31
Haqqımızda

Mərmi çatışmazlığı cəbhədə hiss olunmağa başlayıb - “Ukrayna üçün vəziyyət təhlükəlidir, lakin fəlakətli deyil”

2024-02-02 16:50:56

Mərmi çatışmazlığı cəbhədə hiss olunmağa başlayıb - “Ukrayna üçün vəziyyət təhlükəlidir, lakin fəlakətli deyil”

Mərmi çatışmazlığı səbəbindən, Ukrayna ordusunun 1000 kilometrlik cəbhə xəttini adekvat şəkildə müdafiə etmək problemli bir məsələyə çevrilib.

Hurriyyet.az xəbər verir ki, bu barədə ABŞ-nin “The Politico” nəşrində yayımlanan məqalədə bildirilir.

Məlumata görə, Ukrayna yerli istehsalı artırsa da, hələ də sursatın böyük hissəsi müttəfiqlər tərəfindən tədarük edilir. Bu susrsatın isə çox az hissəsinin Ukrayna qoşunlarına çatdığı vurğulanır.

Jurnalistlərin fikrincə, sursat tədarükü ilə bağlı Vaşinqtonda yaranan siyasi böhran döyüş meydanına hərbi yardım axınını dayandırıb. Bunun Ukraynanın cənubunda və şərqində yerləşmiş qoşunlara real təsir göstərdiyi qeyd olunur.

“Bizim heç vaxt kifayət qədər 122 mm-lik mərmilərimiz olmayıb. Onları birbaşa zavoddan alırıq. Orta hesabla gündə 15 mərmi atırıq. Amma elə günlər olub ki, 100-dən çox mərmi atmışıq. İndi döyüşlər bizim mövqelərimizə doğru gedir. Amma bizdə əvvəlki qədər mərmi yoxdur”, - Avdeyevka yaxınlığında döyüşən ukraynalı artilleriyaçı “Politico”-ya bildirib.

Ukraynanın müdafiə naziri bəyan edib ki, Rusiya gündəlik artilleriya hücumlarını xeyli artırıb.

Məqalə müəllifləri hesab edirlər ki, Ukraynaya döyüş sursatının tədarükünün əhəmiyyətli dərəcədə artmasına nail olmaq asan olmayacaq. Eyni zamanda, mərmi çatışmazlığı Ukrayna ordusunun müdafiəyə keçməsinin əsas səbəblərindən biri kimi göstərilib.

Ukrayna hərbçilərindən biri hesab edir ki, Ukraynanın hazırda müdafiə üçün kifayət qədər mərmisi var, lakin hücum əməliyyatlarını davam etdirmək üçün kömək lazımdır.

Praqada yaşayan müstəqil hərbi ekspert Yuri Fedorov is hesab edir ki, “Ukrayna üçün vəziyyət təhlükəlidir, lakin fəlakətli deyil”.

Nəşrin müəllifləri qeyd edirlər ki, sursat çatışmazlığı səbəbindən Ukrayna hərbçiləri daha dəqiq atəş açmağı öyrənməyə məcburdurlar.

Azpolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.366779