Saat:05:10
Haqqımızda

Mərkəzin tikintisinə başlayıblar, icazə 10 aydan sonra verilib – Fotofakt

2024-02-01 14:14:40

Mərkəzin tikintisinə başlayıblar, icazə 10 aydan sonra verilib – Fotofakt

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikintisinə icazə verib.
Hurriyyet.az
yeniavaz.com-a istinadən xəbər verir ki, bu barədə məlumat Tikintilərin Dövlət Reyestrində yerləşdirilib.
Məlumatda göstərilir ki, Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi Uşaq Yaradıcılıq Mərkəzinin tikintisinə 24 noyabr 2023-cü il tarixli ETİ-25/23 saylı sənəd əsasında icazə verib.

Açıqlanan məlumatlarda göstərilir ki, 4 sentyabr 2023-cü il tarixində şəhərsalma sənədlərinə uyğunluq barədə EXO-2295/2023 saylı, həmçinin 10 may 2023-cü il tarixində tikinti layihəsinə dair 35119 saylı ekspertiza rəyləri verilib.
Bildirilir ki, tikintisinə icazə verilən Uşaq Yaradıcılıq Mərkəzinin tikinti sahəsi 1 610 kv. metr, ümumi sahəsi 2 669,9 kv. metr, mərtəbələrinin sayı isə 2 (+zirzəmi və çardaq) olacaq.
Onu da qeyd edək ki, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinə Tikintilərin Dövlət Reyestri tərəfindən 31 yanvar 2024-cü il tarixli 60601014-1-2605-007038/0124 saylı kod verilib.
Məlumat üçün bildirək ki, “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli 4 nömrəli Qərarının 4.2-ci maddəsində yazılır ki, tikintiyə icazə verən orqan (qurum) tikintiyə icazə verdiyi tarixdən 3 iş günü müddətində bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənəd və məlumatları Reyestrə təqdim edir. Bu məlumatlar Reyestr kitabında qeydə alınır, 3 (üç) iş günü müddətində elektron bazaya daxil edilməklə, tikinti obyektinə kod verilir.
Qaydalardan da göründüyü kimi, tikintiyə icazə 24 noyabr 2023-cü il tarixində verildiyi halda, Tikintilərin Dövlət Reyestri tərəfindən təxminən 2 ay sonra kod verilib.
Uşaq Yaradıcılıq Mərkəzi ilə bağlı diqqət çəkən başqa bir məqam isə odur ki, tikintisinə 24 noyabr 2023-cü il tarixində icazə verilən obyektin inşasına 2023-cü ilin mart ayının 7-də başlanılıb. Uşaq Yaradıcılıq Mərkəzinin təməlləri atılan zaman tikinti layihəsinə dair ekspertiza rəyi olmayıb.
Xatırladaq ki, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi Qazaxıstan dövləti tərəfindən tikilir. Mərkəzin layihəsi 22 avqust 2022-ci ildə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Bakıya səfəri zamanı təqdim olunub. Bildirilib ki, layihənin icrası Qazaxıstanın “Bi-Group” şirkəti tərəfindən icra olunacaq.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR