Saat:06:47
Haqqımızda

Mərkəzi Neftçilər Xəstəxanasının Baş direktoru haqqında iddialar…

2022-08-05 12:28:00

Mərkəzi Neftçilər Xəstəxanasının Baş direktoru haqqında iddialar…

Mərkəzi Neftçilər Xəstəxanasının Baş Direktoru Musa Abbasov haqqında sosial şəbəkələrdə müxtəlif zamanlarda yazılar dərc olunur. Belə ki, onun korrupsiya əməlindən tutmuş, əxlaqsız işlərlə məşğul olması və s. haqda iddialar irəli sürülür.

Yeri gəlmişkən, Mərkəzi Neftçilər Xəstəxanasında qiymətlər özəl xəstəxanalardan bahadır. Hətta əldə etdiyimiz məlumatlara görə, əmək haqqı baş direktor Musa Abbasovun istəyinə uyğun verilir. Adının çəkilməsini istəməyən tibb işçisi bildirir ki, rəhbərlik tərəfindən bəzi həkimlərə 5 min manata yaxın əmək haqqı verilir, bu da qanun pozuntusudur.

Belə olan halda sual yaranır ki, həkimlərin gördükləri hansı işlərin qarşılığında “maaşları” artırılır?!

Amma deyilənlərdən aydın olur ki, Mərkəzi Neftçilər Xəstəxanasının Baş Direktoru Musa Abbasov həkimlərin əmək haqqından öz “payını” da götürür. Bunun qarşılığında da belə maliyyə pozğunluğuna yol verir.

Digər məlumatlara görə, MNX direktoru Musa Abbasov özəl xəstəxanaların birində işləyən xanım kardioloq Ş.N-ya söz verib ki, onu Gəncə Şəhər Abbas Səhhət adına xəstəxanaya Baş həkim təyin etdirəcək.

Deyilənlərə görə, Gəncə Şəhər Abbas Səhhət adına xəstəxananın baş həkimi də Gəncə Şəhər Səhiyyə İdarəsinə müdir gedir.

Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi Musa Abbasov hər yerdə bildirir ki, “TƏBİB-in rəhbəri Vüqar Qurbanov mənə yaxıın adamdır, hansı xəstəxanaya baş direktor qoymaq lazımdırsa, bu işi mən layiqincə görə bilərəm”.

Kardioloq xanım haqqında da digər məlumatlar əldə etmişik ki, Musa Abbasov həqiqətən onun qərb bölgəsində xəstəxanaların birində baş həkim olması üçün yaxın dostu – TƏBİB-in rəhbəri Vüqar Qurbanova müraciət edib. Hələlik təyinat barəsində rəhbər ona real söz deməyib.

Hurriyyet.az

Redaksiyadan: Mövzuya yenidən qayıdacağıq. Yazıda adları keçən qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR