Mərkəzi Neftcilər Xəstəxanası ərazisində qanunsuz tikinti... - FOTO

2023-01-25 13:38:00

Mərkəzi Neftcilər Xəstəxanası ərazisində qanunsuz tikinti... - FOTO

Mərkəzi Neftcilər Xəstəxanasında xəstələr və vətəndaşları ücün təhlükəli vəziyyət yaranıb.

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, xəstəxananın direktoru Musa Abbasov binanın həyətində, yanğın zamanı ehtiyat su götürmək ücün nəzərdə tutlan su hovuzunun üstndə kafe işlədir.

Kafe hovuzun üstündə inşa edildiyi ücün xəstəxanada baş verə biləcək yanğın zamanı hovuzdan su götürmək mümkün olmayacaq.

Xəstəxanada uzun müddətdir ki, tibb işcisi kimi işləyən mənbənin dediyinə görə, Musa Abbasov tamahkar adam olduğu ücün, xəstəxananın bütün imkanlarından istifadə edərək, qeyri-leqal mənfəət əldə edir və həmən məbləğ birbaşa onun cibinə axır.

Apardığımız araşdırmadan məlum olub ki, xəstəxananın nizamnaməsində ancaq tibbi xidmət qarşılığında, könüllü ayırmalar, dövlət tərəfindən ayırmalar nəticəsində hər hansı vəsait müəsissəyə daxil ola bilər. Bu isə müvafiq müqavilə əsasında mümkündür. Bu barədə publik hüquqi şəxslər haqqında qanunda da qeyd olunub.

Xəstəxanaların nizamnaməsində sahibkarlıq fəaliyyəti ilə əlaqədar malliyə vəsaitinin müəssisəyə daxil olması qadağandır.

Üstəlik, bu vəsaitlərin müəsissənin hesabına yox, Musa Abbasovun cibinə daxil olması korrupsiya halıdır. Hətta vəzifə səlahyyətlərini aşma, vəzifə səlahiyyətlərindən sui-istifadə deməkdir.

Müvafiq dövlət qurumlarının Bakı şəhərinin mərkəzində Neftçilər Xəstəxanasında qanunsuz kafe fəaliyyət göstərən kafeyə biganə yanaşması düşündürücüdür. Xüsusən də, Fövqəladə Hallar Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasında, yanğın söndürmək ücün nəzərdə tutulan su hovuzunun üzərində qanunsuz tikinti ilə bağlı susqunluq nümayiş etdirməsi maraqlıdır.

Əldə etdiyimiz məlumata görə, Musa Abbasov Neftçilər Xəstəxanasına rəhbərlik etməkdən əlavə, "Yeni Klinika"da direktor vızifəsini icra etdiyi müddətdə də bir cox maliyyə pozuntularına yol verərək, dövlətə külli miqdarda ziyan vurub.

Dəfələrlə TƏBİB və İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi tərəfindən yoxlama aparılsa da Musa Abbasovun həmin qurumlardakı əlbir olduğ departament rəhbərləri (E.Qurbanov və Maliyyə idarəsinin rəhbəri) tərəfindən məsələ ört-basdır edilib.

Uzun müddətdir ki, qeyri-rəsmi münasibəti olduğu, hal-hazırda "Liv Bonodea" Xəstəxanasında kardioloq kimi fəaliyyət göstərən xanımı Gəncə şəhər xəstəxanalarının birinə rəhbər vəzifəyə gətirəcəyinə söz versə də, müxtəlif səbəblərdən təyinatı həyata kecirə bilməyib.

Kardioloq xanımın yaxın qohumları da bundan hiddətlənərək dəfələrlə direktorun otağında mübahisə edib, narazılıqlarını bildirərək, söhbəti gedən kardioloqun baş həkim təyin etdirmək ücün Musa Abbasova verdikləri "kağız-kuğuzu" geri istəyiblər.

Əsas mövzumuz Mərkəzi Neftçilər Xəstəxanasında, qeyri-qanuni tikinti aparılmasından ibarətdir, belə bir qanunsuzluğa yol vermək, öz şəxsi mənafeyini güdmək qanunlarımıza ziddir. Kafe kimi hovuzun üstündə fəaliyyət göstərən tikintinin təhlükə doğurmasını əsas götürsək, orda xəstələrin də təhlükə üzərində olduğu hər kəsə aydın görünür.

Mövzuya qayıdacağıq.

Hurriyyet.az

P.S. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000081