Saat:07:03
Haqqımızda

"Mərkəzi Bankın uçot dərəcəsinə dair qərarı inflyasiyaya təsir etməyəcək" - ELDƏNİZ ƏMİROV

2024-05-02 12:42:18

"Mərkəzi Bankların pul siyasətinə dair verdiyi qərarların real iqtisadiyyata təsiri, o cümlədən inflyasiyaya təsiri müxtəlif transmissiya kanalları vasitəsi baş verir"

"Mərkəzi Bankın uçot dərəcəsini azaltması (7.5%-dən 7.25%-ə) inflyasiya göstəricilərinə ciddi təsir etməyəcəkdir". Hurriyyet.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov qeyd edib.

İqtisadçı ekspertin sözlərinə görə, Mərkəzi Bankların pul siyasətinə dair verdiyi qərarların real iqtisadiyyata təsiri, o cümlədən inflyasiyaya təsiri müxtəlif transmissiya kanalları vasitəsi baş verir: "Azərbaycan bu kanalların inflyasiyaya təsir edən seqmenti işləmədiyi üçün uçot dərəcəsinə dair qərarlar infilyasiyaya təsir etmir. Bir məsələni də qeyd edək ki, uçot dərəcəsinin azaldılması təkcə inflyasiyaya deyil, həm də banklararası bazara və qiymətli kağızlar bazarına təsir edir. Azərbaycanda məhz Mərkəzi Bankın bu qərarı hər iki bazarın - banklararası və qiymətli kağızlar bazarının idarə edilməsində rol oynayır".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.335635