Saat:00:33
Haqqımızda

Mərkəzi Bankın sədri əmanətlərlə bağlı narahatlıq doğuran iki məqamı açıqlayıb

2023-11-13 15:37:44

Mərkəzi Bankın sədri əmanətlərlə bağlı narahatlıq doğuran iki məqamı açıqlayıb

“Mərkəzi Bankı narahat edən bir məqamı qeyd etmək istərdim. Bir ilədək əmanətlərin ümumi əmanətlərdə payı 81 faiz təşkil edir. Bu isə o deməkdir ki, bizim banklarımızın uzunmüddətli maraqları kifayət qədər deyil ki, aktiv biznes kreditləri versinlər”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

Mərkəzi Bankın sədri ikinci narahatlıq doğuran məqamı da nəzərə çatdırıb:

“30 min manatadək əmanəti olan əmanətçilərin sayı ümumi əmanətçilərin sayında 73 faiz təşkil edir. Bu o deməkdir ki, əhali daha çox 30 min manatadək əmanətlər yerləşdirir. Bu sahədə fevral ayından azalma müşahidə edirik”.

Taleh Kazımov bildirib ki, ilk dəfə olaraq banklararası bazarın yaranması böyük nailiyyətdir:

“AMB-nin maliyyə sabitliyi siyasəti ödənişlərin fasiləsizliyinə yönəlib. Kredit portfelimiz 9 ayda 14% artıb. Bank sektoruna və manata inam artıb”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.586854