Saat:16:13
Haqqımızda

Mərkəzi Bankın rəhbərliyinə YENİ TƏYİNATLAR

2025-01-07 09:36:02

Mərkəzi Bankın rəhbərliyinə YENİ TƏYİNATLAR

Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyinə yeni təyinatlar olub.

Hurriyyet.az xəbər verir ki, "APA-Economics"in AMB-dən əldə etdiyi məlumata görə, Ülvin Emin oğlu Əliyev AMB sədrinin müşaviri, Fuad Fərman oğlu İsayev isə Mərkəzi Bankın baş direktoru təyin olunub. Bununla bağlı qərar yanvarın 6-da imzalanıb.

Qeyd edək ki, Ülvin Əliyev yeni vəzifəsinə qədər Mərkəzi Bankda Sədrin ofisi departamentinin direktoru vəzifəsində, Fuad İsayev AMB-nin kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsində çalışıb.

Bununla da, Mərkəzi Bankın sədrinin müşavirlərinin sayı 4-ə, baş direktorların sayı isə 6-ya çatıb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.296253