Mərkəzi Bankdan problemli kreditlərlə bağlı AÇIQLAMA
2022-04-22 12:10:00

2021-ci il martın 31-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 685,2 mln manat təşkil edib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatlarında qeyd olunub.
Kredit təşkilatlarının vaxtı keçmiş kreditlərinin həcmi cari ilin fevral göstəriciləri ilə müqayisədə 0,7%, ötən ilin mart göstəriciləri ilə müqayisədə isə 25,4% azalıb.
Ümumilikdə cari ilin martın 31-nə vaxtı keçmiş kreditlərin kredit portfelində payı 3,8% təşkil edib. Ötən ay bu nisbət 3,9%, ötən ilin mart ayında isə 6,2% təşkil edirdi.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya