Mərkəzi Bank kart sahiblərinə XƏBƏRDARLIQ ETDİ

2022-09-08 16:43:00

Mərkəzi Bank kart sahiblərinə XƏBƏRDARLIQ ETDİ

Sosial şəbəkələrdə ödəniş kartlarının bloklanması və bununla bağlı kart sahiblərinin “Whatsapp” platforması üzərindən Azərbaycan Mərkəzi Bankına müraciətin etməsi zərurəti ilə bağlı saxta məlumatlar yayılıb.

Hurriyyet.az  xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında bildirilir.

Qurum bəyan edib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

"Vətəndaşlarımızı bu kimi məsələlərdə ehtiyatlı olmağa, şəxsi və ödəniş kartı haqda məlumatları heç bir halda III şəxslərə təqdim etməməyə və lazımi məlumatları yalnız AMB-nin internet səhifəsi və yaxud sosial şəbəkə hesablarından əldə etməyə çağırırıq".

Sfera.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.059474