Mərkəzi Asiya ölkələri vətəndaşlarını Rusiyaya getməməyə çağırır
2024-03-28 12:54:01

"Crocus City Hall" konsert zalında terror aktından sonra Orta Asiya ölkələri vətəndaşlarını Rusiyaya səfərdən çəkindirməyə başlayıb.
Hurriyyet.az xəbər verir ki, Qırğızıstanın Xarici İşlər Nazirliyi Rusiyaya gedərkən həmişə bütün lazımi sənədləri özləri ilə aparmağı vətəndaşlarına tövsiyə edib.
Özbəkistanın hakimiyyət orqanları da Rusiyada qalan və ya oraya getməyi planlaşdıran bütün vətəndaşları üçün oxşar tövsiyə verib.
Türkmənistan paytaxtından Moskvaya uçmağa çalışan bir çox sərnişinin təyyarəyə minməsinə icazə verilməyib.
