Mərkəzi Asiya Çinin patronajlığı altına keçir...

2022-06-08 15:13:00

Mərkəzi Asiya Çinin patronajlığı altına keçir...

Nur-Sultanda xarici işlər nazirlərinin "Mərkəzi Asiya - Çin" formatında üçüncü görüşü baş tutub. Gündəlikdə siyasi, diplomatik, ticarət-iqtisadi, nəqliyyat, mədəni-humanitar sahələrdə çoxtərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. 
"Kazinform"un müxbirinin verdiyi xəbərə görə, tədbirin yekunları barədə Qazaxıstan Respublikasının XİN naziri Muxtar Tleuberdi məlumat verib. “Bugünkü görüş çox səmərəli və maraqlı keçdi. Biz ənənəvi dostluq, açıqlıq və praqmatizm ruhunda keçən fikir mübadiləsindən razıyıq. İclas iştirakçıları razılaşdılar ki, “Mərkəzi Asiya – Çin” formatı ildən-ilə potensialını və səmərəliliyini artıraraq, qarşıya qoyduğu məqsədə çatır”, deyə Muxtar Tleuberdi XİN-də keçirilən mətbuat konfransında bildirib. Nazir qeyd edib ki, bu görüş dövlətlərimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğu ildə keçirilib.
Onun sözlərinə görə, tədbirdə iştirak edən ölkələrin dövlət başçıları tərəfindən səsləndirilən təşəbbüslərin həyata keçirilməsi məqsədilə Yol Xəritəsinin qəbul edilməsi irəliyə doğru mühüm addım olub.
O vurğulayıb ki, Qazaxıstan bu gün formatda sədrliyini başa çatdırıb. Nazirlərin ümumi qərarı ilə növbəti Dördüncü Foruma sədrlik kimi bu mühüm missiya Çin Xalq Respublikasına keçib. O xatırladıb ki, bu platformanın yaradılması təşəbbüsü 2020-ci ildə region dövlətlərinin Çin ilə çoxşaxəli əlaqələrinin gücləndirilməsi, eləcə də regionlararası əməkdaşlığın inkişafı istiqamətində səyləri gücləndirmək məqsədilə Çin tərəfi tərəfindən irəli sürülüb.

P.S. Bu tədbirin keçirilməsi ilə anlaşılır ki, artıq Mərkəzi Asiyanın Çinin patronajlığı altına girməsi təsdiqlənir.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya