Saat:10:59
Haqqımızda

Mərhum icra başçısının qardaşının ölkədən çıxışına "STOP" qoyulur

2022-11-21 13:21:00

Mərhum icra başçısının qardaşının ölkədən çıxışına

Cəbrayıl Rayon İcra Hakimiyyətinin mərhum icra başçısı Mahmud Quliyevin qardaşı Hümbət Səfərovun ölkədən çıxışına qadağa qoyulur.

Hurriyyet.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, bununla bağlı Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Şirvan Kommersiya Məhkəməsinə müraciət edilib. İşə hakim Elşən Abdullayevin sədrliyi ilə baxılacaq.

Hümbət Nayfalı oğlu Səfərovun adında olan şirkətlərin çoxlu vergi borcunun olduğu bildirilir.

Qeyd edək ki, 2019-cu ildə dünyasını dəyişən sabiq icra başçısı Mahmud Quliyevlə Hümbət Səfərov doğma qardaş olsalar da, soyadları fərqlidir.

Hümbət Səfərov 2015-ci ildə Bakı şəhərində Saleh Əliyev adlı məcburi köçkünə qarşı 400 min manatlıq dələduzluqda ittiham olunmaqla barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi cinayət işi başlanmışdı. Saleh Əliyev Bakı şəhəri, Telnov kuçəsi 3 B ünvanında yerləşən şadlıq sarayını Hümbət Səfərova satsa da, əvvəlcədən razılaşdıqları 400 min manat vəsaiti ala bilmədiyini deyib. Hümbət Səfərov isə həmin dövrdə mətbuata açıqlamasında iddiaları yalanlamışdı.

Onu da bildirək ki, Hümbət Səfərov "Elmed” Tibb Mərkəzinin sahibi olsa da, ona qardaşı oğlu Ramin Quliyev rəhbərlik edir.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR