Meral Akşener Kılıçdaroğluna qarşı çıxdı, "Altılı masa"nı tərk etdi

2023-03-03 17:35:00

Meral Akşener Kılıçdaroğluna qarşı çıxdı,

"5 partiya Kamal Kılıçdaroğlu namizəd olsun dedi. Biz iki isimlə bağlı fikrimizi bildirdik".

Hurriyyet.az xəbər verir ki, bu sözləri İYİ partiyanın sədri Meral Akşener bu gün keçirdiyi brifinqdə bildirib.

Partiya lideri "Altılı masa"nın vahid namizədinin müəyyənləşdirilməsi ilə balı danışıb və CHP lideri Kamal Kılıçdaroğlunun vahid namizəd olmasına tərəfdar olmadıqlarını bildirib:

"Bizim namizədimi Mansur Yavaş və Əkrem İmamoğlu idi. Təəssüf ki, təkliflərimiz masadakılar tərəfindən rədd edildi".

Meral Akşener "Altılı masa"nı tərk etdiklərini bildirib: "Nə biz qumar masasında, nə də notarius masasında olmayacağıq. Milletimizin qazanma ümidini yox etməyəcəyik". (qaynarinfo)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.220802