Mərakeşin 108 azarkeşi Parisdə həbs edildi – Komanda yarımfinalda Fransanın rəqibi olacaq

2022-12-12 12:30:00

Mərakeşin 108 azarkeşi Parisdə həbs edildi – Komanda yarımfinalda Fransanın rəqibi olacaq

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Fransanın paytaxtı Paris şəhərində Mərakeş komandasının Qətər-2022-ci il Dünya Çempionatının yarımfinalına vəsiqə qazanmasını bayram edən bir sıra futbol azarkeşləri ilə polis arasında baş verən gərginlik səbəbindən 108 nəfər həbs edilib.

Fransa mətbuatının yazdığına görə, şənbə günü 20 min nəfərə qədər azarkeş Parisin küçələrinə çıxaraq Mərakeşin qələbəsini qeyd edib. Bəzi tərəfdarlar atəşfəşanlıq ediblər. Polis onlara gözyaşardıcı qazla müdaxilə edib.

Qeyd edək ki, Mərakeş millisi yarımfinalda Fransa yığmasına rəqib olacaq. Yarımfinal qarşılaşmaları dekabrın 13-ü və 14-də keçiriləcək. Yarımfinalın digər oyununda Argentina və Xorvatiya yığmaları üz-üzə gələcəklər.

Hürr Tərcüman

Эмблема французской национальной футбольной команды Редакционное Фотография  - иллюстрации насчитывающей петух, команда: 165426677


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.150655