“Məqsədimiz odur ki, Qarabağın, Şuşanın inkişafında axısxalıların da faydası olsun” – ZİYATDİN KASSANOV / VİDEOMÜSAHİBƏ

2022-01-13 16:28:00

“Məqsədimiz odur ki, Qarabağın, Şuşanın inkişafında axısxalıların da faydası olsun” – ZİYATDİN KASSANOV / VİDEOMÜSAHİBƏ

DATÜB sədri: “Türkiyə və Azərbaycan üçün canımızı, malımızı verməyə hazırıq”

Ötən il dekabrın 10-da Türkiyənin Antalya şəhərində Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) 4-cü Ümumi Yığıncağı keçirilmiş, Ziyatdin Kassanov yenidən birliyin sədri seçilmişdi.

Hurriyyet.az xəbər verir ki, növbəti dəfə DATÜB sədri seçilən Kassanov ilk müsahibəsini Yenicag.az-a verib.

Birliyin işindən danışan sədr əsas vəzifələrinin təhsilli gəncliyin yetişməsinə töhvə vermək olduğunu bildirib.

DATÜB-ə qarşı qaralama kampaniyasının aparıldığını da bildirən Ziyatdin Kassanov, bu kampaniyanı aparanların birlikdən qovulan şəxslər olduğunu deyib.

Dünya Ahıska Türkləri Birliyinin Azərbaycandakı fəaliyyətindən də danışan Kassanov Mövlud Işıkın Azərbaycan təmsilçisi təyin edildiyini və onun fəaliyyətinin uğurlu olacağına inandığını qeyd edib. Kassanov, həmçinin Qarabağda aparılan quruculuq işlərində də iştirak etmək istədiklərini qeyd edib.