Mənsimovçu jurnalistlərə pul paylanan “Ləvəngi” restoranının sahibi bilindi - FOTOFAKT

2022-05-11 20:43:00

Mənsimovçu jurnalistlərə pul paylanan “Ləvəngi” restoranının sahibi bilindi - FOTOFAKT

Azərbaycan dövlətinə külli miqdarda borcu olan qalmqallı iş adamı Mübariz Mənsimovun qeyri-şəffaf şəkildə pul payladığı Bakının Yasamal rayonu ərazisindəki “Ləvəngi” restoranının sahibi məlum olub.

Sözügedən restoranın sahibinin Mübariz Mənsimovun dostu və həmyerlisi olan hacı Səxavət adlı şəxs olduğu ortaya çıxıb. Lənkərandan olan hacı Səxavət Qafqaz Müsəlmanları İdarəsinin sədri hacı Allahşükür Paşazadənin şəxsi mühafizə xidmətinin rəisidir,

AXCP sədri Əli Kərimlinin isə tələbə yoldaşıdır. Azərbaycana qarşı söyüş müxalifəti ilə sıx iş birliyində olan Mübariz Mənsimov paralel olaraq Azərbaycandan bəzi saytlarla da gizli əməkdaşlığı məhz öz dostunun “Ləvəngi” restoranında aparıb.

Mübariz Mənsimovun “qara kassası” tərəfindən sözügedən məkanda bir qrup jurnalistə Mənsimovun ictimai müdafiəsi üçün pul paylanılıb. Araşdırmamız nəticəsində Mübariz Mənsimovun hacı Səxavətlə yaxın münasibətlərini əks etdirən fotoları da oxuculara təqdim edirik. \\Demokrat.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya