Saat:03:42
Haqqımızda

“Mənlik deyil, özümə yaraşdırmaram” – “Qarabağ”ın kapitanı belə olar!

2024-03-25 22:02:16

“Mənlik deyil, özümə yaraşdırmaram” – “Qarabağ”ın kapitanı belə olar!

Futbolçu karyerasını bütünlüklə “Qarabağ”a həsr etmiş Maksim Medvedev yaxın gələcəkdə butslarını “mismardan asacaq”.

Çox güman, Qurban Qurbanov yayda heyətə göz gəzdirib yaşları 35-i haqlamış Maksimlə yanaşı Riçard Almeyda ilə bağlı qərarını verəcək. Hansı qərar verəcəyini təbii ki, zaman göstərəcək.

Maraqlıdır, baş məşqçi Medvedevə göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona lazım olmadığını bildirsə, səbəbkarın reaksiyası necə olacaq? Onu heyətində görmək istəyən başqa klubla anlaşacaq, yoxsa karyerasını elə bu yerdə başa vuracaq?

“5 nömrə” Sportinfo.az-a açıqlamasında bununla bağlı sualı cavablandırıb:

“Karyeramı “Qarabağ”da başlamışamsa, elə “Qarabağ”da da bitirəcəyəm. Burada söhbət əfsanə olmaqdan getmir. Sadəcə, özümə yaraşdırmaram.

20 il “Qarabağ”ın şərəfini qoru, son 1-2 ili başqa yerdə oyna. Mənlik deyil. Baş məşqçinin hansı qərar verəcəyini bilmirəm. Amma hər bir halda qərarına hörmətlə yanaşacağam. Karyeramı başa vurmalı olsam, yəqin ki, başqa iş haqda düşünəcəyəm”.

443 oyunda meydana çıxmış Maksim Medvedev “Qarabağ”ın tarixində ən çox oyun keçirmiş futbolçudur.

HƏBİB

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.191952