“Məni “türk” adlandırsalar da bunu təhqir hesab etmirəm” - Paşinyan

2022-12-12 13:18:00

“Məni “türk” adlandırsalar da bunu təhqir hesab etmirəm” - Paşinyan

“Regionda sülhün bərqərar olması üçün sadə, lakin vacib şeylərdən başlamaq lazımdır”.

Hurriyyet.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, həm rəsmi, həm gündəlik səviyyələrdə düşmənçilik ritorikasının qarşısını almaq lazımdır.

Paşinyan, həmçinin Ermənistanda və yaxud Azərbaycanda siyasi rəqibləri təhqir etmək üçün onların “türk” və yaxud “erməni” adlandırılması təcrübəsinə son qoyulmasının zəruriliyini qeyd edib.

O bildirib ki, onun özünü Ermənistanda tez-tez “türk” adlandırırlar, lakin o, bunu təhqir olaraq qəbul etmir. (qafqazinfo)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.173477