Saat:07:20
Haqqımızda

"Məni sevənlərə təşəkkürümü çatdırıram" — Evə buraxılan Həmid Herisçidən İLK AÇIQLAMA (ÖZƏL)

2024-02-02 21:51:03

Bu gün axşam saatlarında Həmid Herisçi xəstəxanadan evə buraxılıb.

Hurriyyet.Az bildirir ki, bu barədə Demokrat.az-a şairin özü məlumat verib.

Həmid Herisçi hazırda səhhətinin yaxşı olduğunu bildirib.

O, göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə təşəkkür edib:

"Hazırda səhhətim normaldır, həkimlər sağ olsunlar ki, əllərindən gələn yardımı etdilər. Səhiyyə Nazirliyinə və TƏBİB-ə təşəkkür edirəm. Evə buraxılsam da, ancaq səhhətim həkim nəzarətində olmalıdır. Bir daha məni sevənlərə və səhhətimdən narahat olanlara öz təşəkkürümü çatdırıram".

Xatırladaq ki, Həmid Herisçi bir neçə gün öncə qızılca diaqnozu ilə Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanaya yerləşdirilmişdi.


Elmar Heydərli

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.186837