Saat:10:31
Haqqımızda

“Məni Rusiya agentləri zəhərləyib” - Mixail Saakaşvili

2023-03-24 17:46:00

“Məni Rusiya agentləri zəhərləyib” - Mixail Saakaşvili

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili Rusiya xüsusi xidmət orqanlarının agentləri tərəfindən zəhərləndiyini açıqlayıb.

Hurriyyet.az xəbər verir ki, bunu o, ABŞ-ın “Politiko” nəşrinə müsahibəsində deyib.

Sabiq dövlət başçısı bunun həbsindən sonra, hazırda saxlanıldığı müəssisədə baş verdiyini bildirib. Lakin o, təfərrüatları açıqlamayıb.

M.Saakaşvilinin vəkili Massimo D'Angelo məsələyə münasibət bildirərkən deyib ki, çox güman, keçmiş prezidentin yeməyinə zəhər qatılıb.

report.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR