"MƏNİ ÖLDÜRSƏNİZ DAHA YAXŞI OLAR” - Priqojinin bir-neçə ay əvvəl verdiyi mesajlar + VİDEO
.jpg)
Rusiyanın Tver şəhərində qəzaya uğrayan təyyarədə 9 nəfərlə birlikdə həyatını itirdiyi açıqlanan “Vaqner” lideri Yevgeni Priqojinin aprel ayında verdiyi müsahibədə ölkəsinə yalan danışmaqdansa öldürülməyi üstün tutduğunu dediyi ortaya çıxıb.
Hurriyyet.az xəbər verir ki, Priqojin aprelin 29-da yayılan videosunda Rusiya müdafiə nazirliyini ittiham edib və Rusiyanın fəlakətlə qarşı-qarşıya olduğunu bildirib.
“Bu gün münaqişə nöqtəsinə gəldik. Niyə bu qədər səmimi danışıram? Çünki o insanlar qarşısında heç bir haqqım yoxdur. Bu ölkədə yaşamağa davam edəcəm. Mən onlara yalan danışıram. Ona görə də məni öldürsəniz daha yaxşı olar”,- deyə o, bildirib.
Priqojin videonun davamında havada parçalanan təyyarədən danışıb: “Amma yalan danışmayacağam. Səmimi şəkildə deməliyəm ki, Rusiya baş verəcək bir fəlakəin astanasındadır. Bu gün bu dişli çarxlar düzəldilməsə, təyyarə havada paramparça olacaq”.
Qeyd edək ki, Priqojinin müsahibəsində işlətdiyi ifadələr bir çox sosial media istifadəçiləri tərəfindən “O, hələ də sağdır”, “Priqojin ölməyib” kimi şərh edilib.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya