Saat:05:30
Haqqımızda

“MƏNİ ERMƏNİYƏ GÜLLƏ ATMAĞIMA PEŞMAN EDİBLƏR” – İkinci Qarabağ savaşının qazisindən ŞOK MƏKTUB

2021-09-16 11:36:00

“MƏNİ ERMƏNİYƏ GÜLLƏ ATMAĞIMA PEŞMAN EDİBLƏR” – İkinci Qarabağ savaşının qazisindən ŞOK MƏKTUB

Müdafiə Nazirliyinin Quru Qoşunlarının N saylı hərbi hissəsində MAXE olmuş, Qax rayon Tanqıt kənd sakini Əsgərov İsrayel Abdulla oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub.

İkinci Qarabağ Müharibəsi zamanı ağır yaralandığını deyən şikayətçi bildirir ki, 11 ay hospitallarda süründürməçiliyə və həkim bürokratiyasına məruz qalıb. Saytımız vasitəsilə Prezident İlham Əliyevə və digər aidiyyəti qurumların rəhbərlərinə müraciət edən Qarabağ qazisi yazır:

“Hörmətli Ali Baş Komandan!

Bildirirəm ki, mən həqiqi hərbi xidmətimi başa vurduqdan sonra, 2020-cü ilin iyun ayından Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində MAXE kimi hərbi xidmətə davam etdirdim. 2-ci Qarabağ Müharibəsinin başlanmasından sonra, mən də könüllü olaraq müharibənin ilk günündən ən ağır döyüşlərdə iştirak etmişəm. Qızğın döyüşlərin birində çox ağır formada, çoxsaylı qəlpə yaraları ilə yaralandım. Məni hüşsuz vəziyyətdə Naftalan Hərbi Hospitalına çatdırıblar. 2 gündən sonra özümə gəlmişəm.

Bir müddət müalicə aldıqdan sonra məni Kürdəmir Hospitalına göndərdilər. Burada da bir müddət müalicədən sonra başımda yaranan dəhşətli ağrılar, qulaqlarımda və gözümdə yaranan problemlərlə bağlı Müdafiə Nazirliyinin Mərkəzi Klinik Hərbi Hospitalına göndərdilər. Bir müddət müalicədən sonra mənə məzuniyyət verib, müalicəni davam etdirmək üçün Qax rayonundakı evimə göndərdilər.

Qax rayonunda VİTEK-də olarkən həkimlər bildirdilər ki, istər ciddi kəllə-beyin silkələnməsinə, istər qulağımın eşitməzliyinə, gözümün zəifləməsinə və ayağımdan aldığım çoxsaylı qəlpə yaralarına görə, sənə əillik dərəcəsi təyin edilib, Ordu sıralarından tərxis edilməlisən. Lakin qulluq etdiyim hərbi hissəyə qayıtdıqdan sonra, başımdakı dəhşətli ağrılardan xidmətimi davam etdirə bilmirəm.

Bir gün təcili olaraq mənə ilkin tibbi yardım göstərib, hərbi hissə tibb məntəqəsinə yerləşdirirlər. Onlar da göndəriş yazıb, məni MN-nin Mərkəzi Hospitalına göndərirlər. Artıq neçənci dəfədir ki, mən bu yollarda qalmışam. Və hər dəfə məni Hospitalın psixoterapiya şöbəsinə yerləşdirilər. Məni müalicə edən həkimlər də qeyd edirlər ki, “axı, səni buraya nəyə öndəriblər, sənin psixikanda elə bir ciddi problem yoxdur. Səni nevroloji şöbəyə yazmalı və ciddi malicə almalısan”.

Budur, artıq neçənci dəfədir ki, məni psixoterapiya şöbəsində formal müalicə edirlər. Bu müalicələrin isə başımda hazırda da davam edən şiddətli ağrılara heç bir təsiri olmur. Daha dözümüm qalmayıb. Futbol topuna döndəriblər. Artıq məni intihar həddinə çatdırıblar. Mən bu həkimləri başa sala bilmirəm ki, beynimdəki dəhşətli ağrılara qarşı dərman verib müalicə etsinlər. Baxan və sözümü eşidən yoxdur. Bir qulağımda eşitmə dərəcəsi tam zəifləyib. Buna baxmayaraq, həkimlər o dərəcəni qəsdən yazmayırlar ki, birdən ordudan tərxis oluna və əlillik dərəcəsi ala bilərəm.

Doğrusu, nə mənim, nə də kənddəki atamın maddi imkanı yoxdur ki, bu ağ xalatlı qəssab və bürokratlara “hörmət” edib, özümü normal müalicə etdirim. 11 aydır ki, məni hospital yollarında süründürürlər. Şəhid olmamağıma və erməniyə qarşı vuruşmağa məni peşiman ediblər. Artıq bu yaramaz bürokrat ağ xalat geymiş sifətləri görəndə beynim daha dəhşətli və dözülməz ağrıyır. Həkimlərə pul vermədiyimə görə, məni bu halımla “xidmətə yararlı” yazdıblar, hərbi hisə komandirim də real vəziyyətimi görsə də əlacsız qalıb məni tərxis yox, sərəncama göndərir. Yəni bundan sonra mən gedib öz hesabıma müalicəmi davam etdirməliyəm.

Cənab Ali Baş komandan!

Sizdən çox xahiş edirəm ki, Mərkəzi Hospitalın rəisinə göstəriş verəsiniz ki, hazırda 7-ci gündür formal psixatriya şöbəsində müalicə aldığım yerdən məni həqiqi xəstəliyim olan nevrologiya şöbəsində düzgün müalicəm və lazımi əməliyyat davam etdirilsin. Qulaq və gözümün müalicəsini və əməliyyatı vasitəsilə sağlamlığım qismən bərpa olunsun. Əvvəlcədən minnətdarlığımı bildirirəm”.

Hazırladı: KƏNAN

Hurriyyet.az

Redaksiydan: Mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR