Saat:07:25
Haqqımızda

“Məni Belarusa təhvil verməyin” - Yaroslav Novikov Ermənistandan sığınacaq istədi

2024-02-08 14:17:04

“Məni Belarusa təhvil verməyin” - Yaroslav Novikov Ermənistandan sığınacaq istədi

Belarus Baş Prokurorluğunun tələbi ilə Ermənistanda həbs edilən Yaroslav Novikov rəsmi İrəvandan siyasi sığınacaq istəyib.

Hurriyyet.az xəbər verir ki, vəkil Arayik Papikyanın sözlərinə görə, Novikov Belarusa ekstradisiya ediləcəyi təqdirdə cinayət təqibindən qorxduğu üçün sığınacaq istəyib.

Vəkil əlavə edib ki, müdafiə etdiyi şəxs siyasi sığınacaq üçün müraciətlə bağlı Ermənistan qanunvericiliyinin bütün prosessual tələblərini yerinə yetirib.

Qeyd edək ki, vəkil müdafiə etdiyi şəxs barəsində 40 sutka həbs qərarından apellyasiya şikayəti verəcək.

Xatırladaq ki, Novikov fevralın 2-də Ermənistan-Gürcüstan sərhədini keçərkən saxlanılıb. 2023-cü ilin yayında Belarusda hərbi xidmətdən yayınan şəxsə qarşı iş açılıb (Belarus Respublikası Cinayət Məcəlləsinin 435-ci maddəsinin 1-ci hissəsi). Ötən ilin sentyabrında həmin şəxs beynəlxalq axtarışa verilib.

Belaruslu Gürcüstandan Bolqarıstana köçməyi planlaşdırsa da, viza almayıb. Ona vətənində lazımi vizanı almağı məsləhət görüblər, lakin Novikov həbs olunmaq riski olduğundan ora getməyib. Əvəzində viza almaq üçün qonşu Ermənistana gedib və orada saxlanılıb.

Ümumiyyətlə, 2022-2023-cü illərdə Ermənistan hakimiyyəti bir neçə Belarus vətəndaşını saxlayıb.

KONKRET.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.198453