Mənə şər-böhtan ataraq işdən çıxarıblar - Aktyordan ETİRAZ

2022-05-28 20:24:00

Mənə şər-böhtan ataraq işdən çıxarıblar - Aktyordan ETİRAZ

“4 il yarım bundan əvvəl İrəvan Dram Teatrının rəhbəri İftixar Piriyev məni qeyri-qanuni şəkildə şər-böhtan ataraq işdən çıxarıb. Bunu nazirlik də, bütün incəsənət aləmi də bilir”. 

Bunu tanınmış aktyor Əjdər Zeynalov deyib. 

O, söyləyib ki, dəfələrlə Mədəniyyət nazirliyinə müraciət edib: “Dedilər döz, səbr elə yaxşı olacaq. Daha sonra da müraciət etmişəm lakin hələ dəyişən bir şey yoxdur?!”. 

Ə.Zeynalov əlavə edib ki, ömrünün 37 ilindən çoxunu teatra həsr edən bir aktyor işdə ola-ola işə yarım saat gecikmisən deyib işdən çıxarıblar: “Əvvəla işdə olmuşam, tutalım yarım saat gecikmiş olsam belə, buna görə adamı işdən çıxararlar?”! 

Ə.Zeynalov vurğulayıb ki, İftixar Piriyev tanınmış, peşəkar aktyorları sevmir: “Zamanla bu kriteriyalarda olan bütün aktyorları işdən çıxarıb. İftixar bəyə etiraz olaraq 9 aktyor ərizə yazıb işdən çıxıb. O zaman nazirlikdən gələn komissiya da bir çox nöqsanlar aşkarlamaqla yanaşı, teatrda aktyorların azlığı barədə də irad bildirdi. İftixar bəyi işdən çıxarmaq istədilər, lakin özünə adam tapıb tapşırtdı və Əbülfəz Qarayevin onu işdən çıxarmaq istəməsinə baxmayaraq dedi ki, bir il də işləsin. Lakin indiyə qədər də həmin vəzifəni icra edir. İftixar Piriyev Azərbaycan teatrına bir qara ləkə kimi düşüb”. \\Publika.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya