Saat:04:51
Haqqımızda

Mənə inanmayan axşam AYA BAXSIN

2023-01-24 20:50:00

Mənə inanmayan axşam AYA BAXSIN

Bizi daimi izləyən oxucularımıza məlumdr ki, indiyədk məqalələrimizdə elmə məlum olmayan sirlərdən (kəflərimizdən) bəhs etmişik. Bugünkü yazımızda isə, Ayın üzərindəki “ləkə”nin sirrini açacağıq. 

Dünya yaranandan insan oğlu hər axşam bu “ləkə”ni görsə də, mənasını anlamadığından, bu barədə cürbə-cür əfsanələr yaratmşlar. Elmi-lədun araşdırmalarımız zamanı məlum oldu ki, bu “ləkə” əslində bir vaxtlar mövcud olmuş Pangeya adlı materikin xəritəsidir. Coğrafiya elmindən bilindiyi kimi, ilk yaranışda Yer kürəsi cəmi bir materikdən ibarət olub ki, onun da adı Pangeya olub. Həmin materiki əhatə edən okeanın adı isə, Pantalas olub.

“Pangeoist” sözünün mənşəyi, “Pan os” - “tam”, “bütöv”, “kök” (özül); “geo” - “Yer” mənası verməklə, “bütöv Yer” mənasını bildirir. Bu ideyanın daşıyıcıları pangeyistlər adlanır.

(Bax: Ay və Pangeya materikinin şəklinə)

Zaman keçdikcə həmin Pangeya materiki əvvəlcə iki hissəyə - Lavrasiya və Hondvanaya bölünmüşdür. Hazırda isə, altı materik olduğu hamınıza məlumdur. Necə ki,bir atadan, bir anadanyaranan insanlar millətlərə, xalqlara parçalandılar; daha sonra irqlərə, dinlərə, təriqətlərə... bölündülər və hazırki hallarına gəldilər. Həmin eyni atanın və ananın övladları artıq biri-birlərinə düşmən kəsilərək, bir xalq digərinin, bir din o biri dinin mənsublarının qanını içməyə hazırdır və içirlər də!

Araşdırmalarımız göstərir ki, yaxın vaxtda Azərbaycanda Pangeyizm ideologiyası meydana çıxacaq və bu ideologiya insanlar arasında yaranmış parçalanmanın qarşısını alacaq və Yeri əvvəlki halına - bütöv Yer – Pangeya  halına gətirəcəkdir. 

Pangeyistlər hərəkatının fəaliyyəti ilə Yerdə yaşayan bütün insanlar vahid bir ideya ətrafında birləşərək, bugünkü düşmənçiliyə və müharibələrə son qoyacaq, sülh, əminamanlıq şəraitində yaşayacaqlar. 

Etiraf edək ki, bu gün bəşəriyyət arasında yaranan qarşıdurmanın kökündə ilk növbədə “din”lər dayanır. Daha dəqiq desək din mafiyaları (dinlərin mafiyalaşması) dayanır. Dünyaya açıq gözlə baxsaq “buddizim”, “atəşpərəstlik”, “musəvilik”, “isavilik” və “İslam” adı altında fəaliyyət göstərən mafiyaların dünya sərvətləri, nüfuz dairəsi uğrunda necə qanlı savaş apardıqlarını görmək olar. Bu savaşda qazanan yuxarıda sadaladığım mafiyalar, onların başında duran mafiozlar; itirən isə, onları din bilib, ardıyca gedən sadə insanlardır. Bu mafiyalar insanları öz ardıyca aparmaq, özlərinə tabe etdirmək üçün ibadətgahlar (kilsələr, sinaqoqlar, məscidlər...) düzəldir və ora “Allah evi” adı verirlər. Halbuki, Allah hər yerdə, özəlliklə də insanın qəlbindədir. 

Mafiya başçılarının gəlir mənbəyi olan bu ibadətgahlarda əsas təbliğat onun üzərində qurulur ki, başqa dinlərə (yaxud təriqətlərə) mənsub olan insanlar sizin düşməninizdir və mütləq onları qətlə yetirib, sərvətlərini və yurdlarını əllərindən almalısınız. Onlar əsasən, savadsız, elmsiz, işsiz-gücsüz insanları öz təsiri altına salaraq, onlara maaş vəd verməklə, müharibələrə cəlb edirlər.

Nəticədə, müharibədə iştirak edən tərəflərə həm silahlarını satır, həm əsir götürdükləri insanları (onların daxili orqanlarını) satır, həm də qarətçilikdən, narkotik tranzitindən küllü miqdarda sərvət qazanırlar. Bir çox hallarda müharibədə iştirak edən əsgərlərin maaşlarını və sığortalarını da vermirlər (əsgərlər ölüncə döyüşür, ömürlərini mafiyaların yolunda qurban verirlər). 

Bütün bunların qarşısını almaq, insanları din və dövlət mafiyalarının əsarətindən qurtarmaq üçün, Pangeyizm ideologiyası insanlara elmlənməyi və bu mafiyaların quraşdırdıqları ibadətgahlardan “Allah evləri”ndən uzaq durmağı tövsiyyə edəcəkdir. Beləliklə, bu  təbliğat bütün dünyaya yayılacaq və insanlar öz əvvəlki hallarına - birlik və sülh hallarına qayıdacaqlar. 

Pangeyizmdə insanlar dinsizmi olacaqlar?

Oxucuda sual yaranacaq ki, pangeyizm dövründə insanlar dinsizmi olacaqlar? 

Əlbəttə ki, yox! Onlar Yaradanın birliyini qəbul edəcəklər. Öz fəaliyyətlərində elmə, əxlaqa, halallığa və dürüstlüyə - bir sözlə, bəşəri dəyərlərə üstünlük verəcəklər. Sadəcə, indi mövcud olan (mafiyaların nəzarətində olan) heç bir ibadətgaha getməyəcəklər və özləri də heç bir ibadətgah yaratmayacaqlar. Onlar yuxarıda qeyd etdiyimiz kimi, Allahın təkliyini, hər yerdə olduğunu qəbul edəcəklər. Bu səbəbdən onların inancı daha çox bütün kitab verilmiş peyğəmbərlərin babası olan İbrahim Peyğəmbərin təbliğ etdiyi Tovhidə (tək Allahlığa) uyğun gələcəkdir. Bildiyimiz kimi, Tovhid bütün dinlərin mənbəyi, başlanğıcıdır (həmin vaxt ibadətgah olmayıb). 

Pangeyizmdə inananlar İbrahim (Əleyhissəlam) fəlsəfəsini əsas götürəcəklər. Nədir İbrahim fəlsəfəsi? İbrahim fəlsəfəsi aşaığdakı xasiyyətləri özündə cəmləşdirməkdir:

-doğrudanışan olmaq, özünə rəva bilmədiyini başqasına rəva bilməmək; 

-qarşındakını öz səviyyəndə bilmək;

-başqasının malına, namusuna göz dikməmək;

-yalnız Yaradana güvənmək;

-zinakar olmamaq;

-lovğa və təkəbbürlü olmamaq;

-hənif, ədalətli, vicdanlı, səxavətli, rəhimli və xeyirxah olmaq;

-Allahın dostuyla dost, düşməniylə düşmən olmaq;

-hər halında Allaha şükr etmək;

-Allaha aid olan işlərdən xeyir güdməmək;

-dünya işlərində səbirli olmaq;

-Allahdan başqasından qorxmamaq;

-istənilən halda (həyatına təhlükə olsa belə) ancaq haqqı demək və haqqın yanında olmaq ... 

Bir sözlə, bəşəri dəyərlərə təslim olmaq, bu dəyərləri özündə cmləşdirmək. Bütün bu dəyərləri özündə cəmləşdirəndən sonra insan hansısa bir dini qəbul edə bilər. 

Təəssüf ki, bu gün heç bir dəyərlərə sahib olmayan adamlar özlərini dindar adlandırırlar. Hətta, belələri mafiyalar tərəfindən qəsdən dini rəhbər təyin edilir ki, insanların dinə, Allaha inamı azalsın, doğru yoldan azsınlar. Belə “din rəhbərləri” özləriylə bərabər, arxalarında dayananları da cəhənnəmə sürükləyirlər... 

Pangeyizmin düşməni eqoizmdir

Onu da qeyd edək ki, hər bir insan dünyaya gələndə pangeyist (sülhsevər, sülhyaradan) kimi doğulur. Fikir verirsinizmi körpə uşaqlar həmişə evdəki mübahisələri yatırmağa, dalaşanları ayırmağa çalışırlar. İnsan yaşa dolduqca onda eqoizm güclənir və pangeyizm yoxa çıxır. Buradan aydın olur ki, pangeyizmin düşməni eqoizmdir. Yəni insanda eqoizm artdıqca, pangeyizmi  (sülhsevərliyi) sıxışdırıb çıxarır.  Yalnız peyğəmbərlər və Allah dostları öz pangeyistliklərini ölüncə qoruyub saxlaya biliblər. Bir sözlə, pangeyizm fəlsəfəsi elə yuxarıda izah etdiyim İbrahim fəlsəfəsidir. Ən böyük və mükəmməl pangeyist elə İbrahim Peyğəmbər olub. Azərbaycanda meydana çıxacaq (və yaxud, çıxmış) pangeyizm ideyası insanlara öncə İNSAN olmağı, sonra din qəbul etməyi tövsiyyə edəcəkdir. Bu səbəbdən bir çox din rəhbərləri (isavilər, musavilər, “islam”çılar...) ona qarşı birləşəcəklər. Baxmayaraq ki, bugünədək onlar dünyada sülhün yaranması üçün dua etməkdən dilləri qabar olub. Pangeyistin(Sülhsevərin) dedikləri onları qane etmədiyindən, ona qarşı ilk növbədə “dindar”lar üsyan edəcəklər. Əslində mafiyozlar (zalımlar) həmişə olduğu kimi, bu işdə də “dindar”ladan öz məqsədləri üçün istifadə etməyə çalışacaqlar. Yəni, dünyada sülhü brqərar etmk istəyən Pangeyisti(Xilaskarı)  “dindar”ların əliylə gözdən salmağa çalışacaqlar... 

Yazdığımız fikirlərin subyektiv olmadığını və Allahdan gələn bir xəbər olduğunu sübut etmək üçün Rəbbim bizə Ayın üzərindəki “ləkə”nin sirrini öyrətdi ki, bizə inanmayanlar Aya baxsınlar. Ayda gördüyünüz sirr doğrudursa, deməli bu yazdıqlarımız da doğrudur (Allahdandır). 

Düzgün məlumat hər şeydən qiymətlidir

Oxucuda sual yaranacaq ki, bəşəriyyət birləşib vahid hala gəldikdən sonra, ictimayi quruluş necə olacaq? 

Həqiqətən, maraqlı sualdır: bəşəriyyət gələcəkdə (pangeyizmdə) hansı quruluşda yaşayacaq -kapitalizm, sosializm, yoxsa kommunizm olacaq?

Bizə məlum olan odur ki, gələcəkdə bəşəriyyət bu quruluşların heç birində yaşamayacaq. Gələcək quruluşun adı İnformasionizm olacaq. Bu quruluşda əsas məsələ məlumat olacaq. Düzgün məlumat hər şeydən qiymətli olacaq. 

Hakimiyyət quruluşu isə, Meritokratiya olacaq

PangeyizmdəHakimiyyət quruluşu  Meritokratiya olacaq.  “Meritokratiya”- savadlıların və ağıllıların hakimiyyəti deməkdir. Yəni, insanlara mənsub olduqları partiyaya, dinə, nəslə görə deyil, malik olduqları savada, ağıla, dərrakəyə görə yanaşılacaq. 

Onu da bildirim ki, həmin vaxt insanlarda elm çox güclü inkşaf edəcək və digər planetlərdə yaşayan canlıların elminə yaxın, bəlkə də onlardan çox olacaq. 

Kamillik (pangeizm) dövründə mədəniyyət və incəsənət də indikindən güclü inkişaf edəcəkdir. Belə ki, tikilən binalar insanlara, heyvanlara və ağaclara bənzəyəcəkdir. Yəni, memarlıq o qədər güclü inkişaf edəcək ki, istənilən görkəmli adama bənzəyən, sevdiyiniz heyvana, yaxud, xoşladığınız ağaca, gülə bənzər binalar sifariş edib, tikdirə biləcəksiniz...

Pangeyizmdə kimlər müqəddəs sayılacaq? 

Pangeyizmə görə, cəmiyyətin xeyri üçün çalışan, insanlara yaxşılıq, xeyirxahlıq edən, fəaliyyəti ilə bəşəiyyətə fayda verən hər bir şəxs Allahın vasitəçisidir və müqəddəs sayılır. 

Dünyanı nə sevgi, nə gözəllik, nə də din xilas edəcək! Dünyanı ancaq və ancaq yaxılıq (gözəl əməllər) xilas edəcək. Yaxşılıq et, sən də müqəddəslərdən ol!

Paşa Yaqub,

Həkim, Elmi-lədun bilicisi

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR