“Məndən 1000 AZN rüşvət istədilər ki, xəstə uşağım xəstə kimi qeydiyyata alınsın” – NAXÇIVANDAN ŞİKAYƏT

2022-12-20 14:15:00

“Məndən 1000 AZN rüşvət istədilər ki, xəstə uşağım xəstə kimi qeydiyyata alınsın” – NAXÇIVANDAN ŞİKAYƏT

Naxçıvan şəhəri, Şahbuz rayon, Biçənək kənd sakini Hüseynova Bəsti Murtuzəli qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət daxil olub. Şikayətçi Naxçıvan Dövlət Xəstəxasında kı, “baş alıb gedən özbaşınalıq və rüşvətdən” şikayətçidir.

Onun sözlərinə görə, Naxçıvan Şəhər Dövlət Uşaq Xəstəxasından onlardan pul istənilir ki, xəstə uşağı xəstə kimi qeydiyyata salsınlar: “Uşağın gözünun birində, eləcə də digər orqanlarında problemləri çox olduğuna görə, 3 ildir pensiya kəsilmişdi. Təzədən yoxlanışa gəlmişik, bizdən Rəhim və Aytən həkim 1000 AZN pul istədi. İmkansız ailəyəm,uşağımın iynə-dərmanlarını zorla çatdırıram. Uşağım xəstə ola-ola mən niyə kiməsə 1000 AZN pul verim? Belə çıxır ki, bu rüşvətxorlara pul vermədim deyə, uşağımın pensiyasını kəsəcəklər?!

Xahiş edirəm, bu məsələni işıqlandırın, bəlkə belə qanunsuzluqlara son qoyula!.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.249843