Saat:02:27
Haqqımızda

“Məndə görüntülər var ki, icra başçısı qaziyə hörmətsizlik edir” - Sabir Rüstəmxanlı - VİDEO

2022-10-01 00:11:00

“Məndə görüntülər var ki, icra başçısı qaziyə hörmətsizlik edir” - Sabir Rüstəmxanlı - VİDEO

"Qazilərin bu gün çoxlu problemləri var".

Hurriyyet.Az xəbər verir ki, bunu bu gün Milli Məclisin iclasında deputat Sabir Rüstəmxanlı deyib.

O bildirib ki, qaziləri qəbul edəndə onlara diqqətlə yanaşılmalıdır:

"Məndə görüntülər, videolar var ki, icra başçısı qaziyə hörmətsizlik edir. Mən bunu açıqlamaq istəmirəm. Şəhid adının əbədiləşdirilməsinə diqqət yetirilməlidir. İlk olaraq evsiz-eşiksiz şəhid ailələrinin evlə təmin olunması məsələsinə baxılmalıdır. Digər tərəfdən ən çox giley-güzar işsizlikdəndir. Qazilərin işlə təmin olunmasına çox ciddi yanaşılmalıdır. Təqaüd prinsplərinin ölkədə pozulması çox böyük narazılıqlar yaradır. İlk olaraq qazilərin və onların ailələrinin təqaüd məsələsi nizama salınmalıdır. Mən bizim şəhidlərimizin, qazilərimizin savaşa necə getdiklərini görmüşəm. Aparılan bütün anti-təbliğatlara baxmayaraq, onlar bu duyğunu necə ötürürdülər. Onların bu duyğusunu öldürmək olmaz”.

Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov nəzərə çatdırıb ki, Qazax rayonunda 51 şəhid var, hər birinin ailəsinə xüsusi diqqət və qayğı göstərilir: “Biz 44 günlük müharibədən əvvəl Qazaxda səngərlər qazırdıq. O səngərlər yerin altında idi. Amma o səngərlərə düşməyə ehtiyac olmadı, çünki yerin altına şəhidlər girdilər və yüksəldilər. Biz torpaqlarımız işğaldan azad etmişik, ancaq təhlükə var. Təklif edirəm şəhid adının əbədiləşdirilməsi ilə bağlı qanuna dəyişikliklər edilsin və qaldırılan bu məsələlər öz həllini tapsın”.\\Bakupost.Az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR