“Mən Xalq artisti olmalıyam!”

2023-01-16 19:24:00

“Mən Xalq artisti olmalıyam!”

“Bir yerdə ki, öpüş “işə yarayır”, daha nədən danışmaq olar. Dediyimi yəqin başa düşdülər. Xalqın gözü tərəzidir. Hamı baxır, görür. Mənə onsuz da “Xalq artisti” deyirlər. Mənə niyə mənə Xalq artisti fəxri adını vermirlər. Soruşmayın! Heç vecimə də deyil. Çox xoşbəxtəm! Bu gün xalqım məni o qədər sevir, əzizləyir ki, Əməkdar artist fəxri adımla fəxr edirəm. Amma mən Xalq artisti fəxri adını almalıyam”. 

Bu sözləri əməkdar artist Kübra Əliyeva qonaq olduğu “Bizimləsən” ictimai- sosial verilişində deyib. 
Hələ də Xalq artisti fəxri adına layiq görülmədiyindən gileylənən 74 yaşlı sənətkar köhnə və təmirsiz evində xoşbəxt yaşadığını dilə gətirib.  
“Ötən həftə 74 yaşım oldu. Həyatımın 42 ilini teatrda vermişəm. Ac, yalavac, sürünə-sürünə.. Bəzən deyirlər ki, evlənin, Allah adama ev də yetirər. Zaur dedi ki, gəlib evini çəkmək istəyirəm. Nə dedim sənə? Söylədim ki, evimin çəkiləcəyi halı yoxdur. Ancaq evimin elə vəziyyətdə olması vecimə deyil. O qədər gözü tox insanam ki,... Bunu isə çevrəm çox gözəl bilir. 1920-ci ildə tikilən, köhnə, çürük evimdə xoşbəxtəm. Həqiqətən xoşbəxtəm! Hərdən nəvəm gəlib deyir ki, Kübra nənə bu qapıları dəyişək. Cavab olaraq söyləyirəm ki, bu qapıları 1985-ci ildə qoydurmuşam. Bu qapıları çıxartsalar, bu ev sınıb, tökülər. Mənə xoşdur. Elgiz Əkbərin verilişi gəldi çəkdi evimi, sonra sosial şəbəkədə izləyicilərdən biri yazıb ki, Kübra xanımın evini təmir etdirin. O, da deyib ki, cürükdür hər yer.
Təmir olunsa hər yer töküləcək. O evdə xoşbəxtəm. Allah mənə böyük ürək verib. O qədər pis günlərdən keçib, gəlib çıxmışam evimə.
O evin divarlarını öpmüşəm. O evin köhnə fotolarını göstərsəm, şok olarsınız. O evə giriləsi deyil idi. 13 il Vasya və Musya ilə bir evdə qaldım. O rus qadının gözünü kor idi. Qazandan olan xörəyi balama yox, Musyaya yedizdirirdim. Qızım deyirdi ki, bəs bu xörəyi biz yeyək. Deyrdim ki, gözü görməsə də, yeməyin qoxusu gedir. O qadını çimizdirib, qulluq edirdim. Bəli, mən o Kübrayam. Allah mənim ürəyimə, qəlbimə görə versin. Bu dəqiqə bir çox aktyorlar fəxri adlarla yanaşı “Şöhrət”, “Şərəf” ordenlərini belə alıblar.

Elə bil ki, Kübra bu teatrda yoxdur. Nə etməliyəm? Gedib yalvarmalıyam? Mən onu bacarmadım. Gedib Nazirə deməliyəm ki, əziz nazir, 42 ildir ki, teatrda işləmişəm, 74 yaşım oldu,  bir dənə məktub göndər məni təbrik elə. Heç eləməsin! Məni təbrik edənlər, xalqım sağ olsun”. 
Qeyd edək ki, Kübra Əliyeva Sumqayıt Dövlət Dram Teatrında eləcə də, Musiqili Komediya Teatrında fəaliyyət göstərir.  \\Yenilik.az 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.142729