Saat:18:56
Haqqımızda

"Mən və övladlarım nə üçün əziyyət çəkməliyik?" - QARABAĞ QAZİSİ RƏSMİ QURUMLARDAN ŞİKAYƏTÇİDİR

2024-04-26 11:37:57

İmişli rayonu, Qaraqaşlı kənd sakini Muradov Möhsüm Əhmədağa oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə səlahiyyətli qurumlara müraciət edir: 
“Mən, Muradov Möhsüm Əhmədağa oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bilidrirəm ki, 1990-cı ildən 1994-cü ilədək "Yaşma"da yerləşən N saylı hərbi hissədə xidmət etmişəm. 1994-cü ilin aprel ayında Ağdam bölgəsinə getmişəm. Həmin vaxtlarda səhhətimdə ciddi problemlər yaranıb. Yaddaş itkisi ilə yanaşı, qulaqlarımda problem yaranıb və əsəblərimdə gərginlik olub.

O vaxtdan bu günə qədər heç yerdə işləyə bilmirəm, utana-utana yaşayıram. Veteranlığımı da vermədilər. Dövlətdən heç bir vəsait almıram. Dəfələrlə müraciət etsəm də, fayda vermədi.

3 uşaq atasıyam, gələcəyin 2 əsgərini böyüdürəm. 43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik. Səbəb isə odur ki, rayonda su yoxdur. Vəzifədə oturanlar deyirlər ki, kəndlinin torpağı var, əkib-becərsin, ölməsin. Əkib-becərmək üçün sahəni sulamaq lazımdır. Vəzifədə oturanlar əslində yaxşı bilirlər ki, harda vəziyyət necədir, sadəcə vəzifələrindən sui-istifadə edirlər.

Mən və övladlarım nə üçün əziyyət çəkməliyik? Qıraqdan baxana döyüş asan gəlir...".

Jalə FAMİLQIZI
Redaksiyadan: Rəsmi qurumların mövqeyini dərc etməyə hazırıq.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.167230