Mən qazi deyiləm, atam-qardaşım! - MƏĞRUR BƏDƏLSOY YAZIR

2022-07-28 13:17:00

Mən qazi deyiləm, atam-qardaşım! - MƏĞRUR BƏDƏLSOY YAZIR

Bakı Birlik Təşkilatının sədri Abid Qafarovun “müti” sözünün üstündə həbsə məhkum edilməsi Azərbaycan hakimiyyətinin alnında elə bir ləkədir ki, heç Avropa İnsan Hüquqları Məhkəməsi də yuya bilməyəcək. “Müti” sözünün söyüş-təhqir olmasını dilçilik – linqvistika elminin yeni kəşfi kimi 13 iyul 2022-ci ildən Yasamal məhkəməsinin hakimi Rauf Daşdəmirov ekspertiza rəyi ilə  qüvvəyə mindirib. Müti hökmünə daş yağsın, Daşdəmirov!

Abid Qafarov, bağışla, səni məhkəməyə vermək zorundayam. O gün ölkədə yayımlanılmayan bir televiziyada ad çəkmədən, ümumi sözlərlə aparıcı məni mütilikdə ittiham edib! Bu təhqirə görə yalnız sən suçlusan, böhtan və təhqirə görə bir il yatmalısan! Əminəm ki, məhkəmə ən yuxarı həddə hökm oxuyacaq, biz də bu böyük uğurdan, qələbədən - jurnalisti, ictimai xadimi tutdurmağımızdan qürur duyub, şərəflənəcəyik! Artıq presedent var, “müti” sözü ən ağır təhqirdir! Qazısı – hakimi işverən, qazisi – eksperti üzəduran olan hakimiyyətdən iş verməkdən, üzə durmaqdan özgə nə gözləmək olar? Bir illik işini də bizdən al!  Ona kimi “müti” sözünün bir anlamının da söyüş olması “Azərbaycan dilinin izahlı lüğəti”nə salınar, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin kommentariyası” kitabında “konkret şəxsə yönəlməyən ümumi xarakterli ifadələrə görə cinayət məsuliyyətinin istisna edilməsi” izahı “müti” sözünün istisna olmaqla” əlavəsi ilə yenilənər.

Qazilərin əli ilə həbs olunmağına da heyfsilənmə! Qazi neyləsin, dolanmalıdır, ya yox? Bir də, qazilər də bir deyil axı! Böyük şairimiz Məmməd İsmayılın şair olmadığını boynuna aldığı kimi, mən də qazi olmadığımı boynuma alıram -(böyük şairimizdən xırda redaktəyə görə üzr istəyirəm):

Yuxuya gedibsə içimdə qiyam, dərənin alçağı, çölün dəlisi,

Elin ifləməsi və nəsi, nəsi. Bir də lap inciyim nə desən oyam,

Mən şair deyiləm, atam – qardaşım !

(Yuxuda “vuruşan müti bir qulam ,

“Şərəfli” işverən , “ləyaqətli” üzəduran.

Niyə inciyim ki, nə desən oyam,

MƏN QAZİ DEYİLƏM, ATAM- QARDAŞIM!)

Məğrur BƏDƏLSOY


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.060768