“Mən özümü 100% ukraynalı kimi hiss edirəm və bununla heç vaxt bu qədər fəxr etməmişəm”-Mixail Saakaşvili

2022-12-30 13:39:00

“Mən özümü 100% ukraynalı kimi hiss edirəm və bununla heç vaxt bu qədər fəxr etməmişəm”-Mixail Saakaşvili

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili “Ukrainskaya Pravda”ya müsahibəsində “Mən indi Ukraynada olsaydım, Zelenskinin yanında olardım” deyib.
Jurnalist Saakaşvilidən, "Ukraynadan Gürcüstana qayıtmasaydı və Rusiyanın Ukraynaya hücumu zamanı Kiyevdə olsaydı, nə edərdi" sualına Saakaşvili belə cavab verib:
“Birincisi, Çörçilldən sonrakı dövrün ən görkəmli dövlət xadimi hesab etdiyim prezident Zelenskinin yanında olardım. Onunla müqayisədə Reyqan və Tetçer əsəbi halda kənarda siqaret çəkirlər. Eyni zamanda, Ukraynaya dəstəyi səfərbər etmək üçün çoxlu əlaqələrimdən istifadə edərək dünyanı gəzərdim.
İkincisi, mən daim cəbhə xəttinə gedərdim, həm ukraynalı, həm də gürcü döyüşçülərinə kömək edərdim. Bu yaxınlarda gürcü döyüşçüləri məni ad günü münasibətilə təbrik edən kollektiv müraciət yazdılar, baxmayaraq ki, onlardan 35-nin artıq müharibədə, o cümlədən 7-nin Baxmut cəbhəsində həyatını qurban verdiyini bir an belə unutmuram. Və bir çox ukraynalı dostlarım öldü yaxud yaralandı”, deyə Saakaşvili bildirib.
Saakaşvilinin sözlərinə görə, onun köməkçisi Vladimir Çavriqa Xerson yaxınlığında öldürülüb, onun mühafizəçisi Mixail Baturin isə Baxmut yaxınlığında ağır yaralanıb.
“Mən özümü 100% ukraynalı kimi hiss edirəm və bununla heç vaxt bu qədər fəxr etməmişəm”, deyə Saakaşvili sözünü yekunlaşdırıb.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.201033