"MƏN İNSAN KİMİ YAŞAMAQ İSTƏYİRƏM” – Ölüm aclığına başladığını elan edən Abbas Yasavulludan Prezidentə müraciət

Abbas Yasavullu tərəfindən “Hürriyyət”in elektron poçtuna şikayət məktubu daxil olmuşdur. Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Cənab Prezident!
Surəti aidiyyatı qurumların rəhbərlərinə də olmaqla, 02.02.2023-cü il tarixdə, növbəti dəfə Sizə müraciət edərək, müraciətimdə qeyd edilənləri də nəzərə almaqla, surəti aidiyyatı qurumların rəhbərlərinə də olan və Sizə ünvanlanan - 02.05.2022-ci il tarixli, 15.09.2022-ci il tarixli, 20.09.2022-ci il tarixli, 29.09.2022-ci il tarixli, əsasən də, Baş Prokurorun müavini, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbova təkrarən ünvanlanan 30.09.2022-ci il tarixli müraciətləri, həmçinin, bəraətin verilməsi üçün 07.06.2022-ci il tarixindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumuna ünvanlanan Ərizənin surətini göndərərək, bəraətimin verilməsi, həmçinin, müraciətlərimdəki- hüquqlarını müdafiə etdiyim şəxslərin də haqlarının bərpası məqsədilə, aidiyyatı şəxslərə müvafiq göstərişlər verilməsini, bir daha Sizdən xahiş etdim.
Bununla bağlı, məhz Sizə ünvanlanan həmin müraciətlərdən sonra, aidiyyatı dövlət qurumları müvafiq qanuni tədbirlər görülməsi əvəzində, müraciətlərdə adları hallandırılan şəxslərin sifarişləri əsasında, mənə qarşı uydurma cinayət işinin başlanılmasına cəhdlər göstərməkdədirlər. Alınmadıqda isə, “Rəna Nəsibovanın işində olduğu kimi...”, növbəti sui-qəsd ehtimalını da istisna etmirəm.
Girovluqda saxlanıldığım zamanlarda 5 dəfə belə “işlər” planlanmış və 02.12.2015-ci il tarixdə Sizə olan müraciətimdən sonra, ilki barədə sübutu bu gün Ədliyyə Nazirinə ünvanladığım mütraciətimə əlavə etdim.
Bütün olanlardan və hazırda dünyada baş verənlərdən sonra belə, bunlar hələ də anlaya bilmirlər ki, nə baş verirsə, “...Özündən başqa heç bir tanrı olmayan, ixtiyar sahibi, müqəddəs olan, salamatlılıq, əmin-amanlıq bəxş edən, göz-qulaq olub qoruyan, yenilməz qüdrət sahibi, məcbur etməyə qadir olan, böyük olan Allahımızın iradəsi ilə baş verir!”
Prokurorluqda və məhkəmələrdə illərdir ki, baş verən və son zamanlar daha da azğınlaşan yaramazlıqların və nadanlıqların dayandırılması, ümumiyyətlə isə, dayanmadan və dərhal radikal islahatların və dəyişikliklərin həyata keçirilməsi zamanı artıq gəlib çatmşdır və əl-ələ verib, tələb olunan tədbirlərin görülməsini mütləq təmin etməliyik.
Göstərilənlərlə əlaqədar olaraq, bu işlərdə hər zaman Qanunun və Dövlətimin yanında olacağımı bəyan edir, Azərbaycan Respublikasının Prezidenti kimi də Sizə müraciət edərək, müvafiq tədbirlərin görülməsini və bu barədə aidiyyatı qurumlara göstərişlər verilməsini Sizdən xahiş edirəm.
Bu xahişimin icrasınadək, 11.02.2023-cü il tarixdən etibarən “ölüm aclığına” başladığımı elan edirəm...
Abbas YASAVULLU
P.S. Amerika Birləşmiş Ştatlarında, İngiltərədə, Avropa Birliyi ölkələrində və digər demokratik ölkələrdəki kimi, “Mən insan kimi yaşamaq istəyirəm!”
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya